Fariz Rzayev: Bakı və Sofiya iqtisadi əməkdaşlıqda enerjiyə xüsusi diqqət yetirir
Icma.az, Report.az saytına istinadən bildirir.
Azərbaycan və Bolqarıstan ikitərəfli iqtisadi əməkdaşlıqda enerji sektoruna xüsusi diqqət yetirir.
“Report” xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Fariz Rzayev Bakıda Bolqarıstanın Milli Azadlıq Gününə həsr olunmuş tədbirdə deyib.
Rzayev xatırladıb ki, Bakı ilə Sofiya arasında diplomatik əlaqələr 33 il əvvəl qurulub və ötən dövr ərzində əlaqələr müxtəlif sahələrdə uğurla inkişaf edib.
“2015-ci ildə ölkələr münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə qaldıran bəyannamə imzalayıb. 2024-cü ildə isə bu tərəfdaşlığın möhkəmləndirilməsi ilə bağlı bəyannamə imzaladıq ki, bu da əlaqələri yeni səviyyəyə çıxarıb və onun gələcək inkişafıni təmin edib”, - nazir müavini bildirib.

Fariz Rzayev Mərakeşə getdi
01 Dekabr 2024 12:30
Fariz Rzayev Mərakeşdə səfərdə olub
01 Dekabr 2024 12:42
Fariz Rzayev Doha forumunda Azərbaycanın yaşıl enerjiyə keçid siyasətindən danışıb
09 Dekabr 2024 14:30
Fariz Rzayev Mərakeş Krallığında səfərdə olub
01 Dekabr 2024 12:17
