Fars körfəzində daha bir gəmi vuruldu
Icma.az bildirir, Bakivaxti portalına istinadən.
Səudiyyə Ərəbistanı sahillərində Fars körfəzində konteyner gəmisinə atəş açılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Əməliyyatları Mərkəzi məlumat yayıb.
Bildirilib ki, konteyner gəmisinin əməkdaşı təxminən bir saatlıq fasilə ilə gəminin yaxınlığında iki naməlum mərmi düşdüyünü bildirib.
"Heç bir heyət üzvü xəsarət almayıb. Səlahiyyətlilər araşdırma aparır", - deyə açıqlamada bildirilib.
Səudiyyə Ərəbistanının Ras Tanura şəhərindən 22 dəniz mili şimal-şərqdə baş verən hadisə barədə əlavə məlumat verilməyib.
Qeyd edək ki, Ras Tanura Səudiyyə Ərəbistanı yataqlarında hasil edilən neftin daşındığı əsas neft limanına ev sahibliyi edir.
Bu mövzuda digər xəbərlər:Fars körfəzində 2000 gəmi gözləyir BMT
17 Aprel 2026 13:59
ABŞ Fars körfəzində daha bir döyüş təyyarəsini itirdi
03 Aprel 2026 23:21
KİV: Fars körfəzində iki min gəmi ilişib qalıb
17 Aprel 2026 22:03
İran Fars körfəzində təlimlərə başladı
24 Yanvar 2025 18:38
CENTCOM Fars körfəzində təlimlər keçirib
09 Fevral 2026 08:10
Baxış sayı:59
Bu xəbər 30 Mart 2026 20:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















