Icma.az
close
up
RU
Fars körfəzində 2000 gəmi gözləyir BMT

Fars körfəzində 2000 gəmi gözləyir BMT

Yeniavaz saytından verilən məlumata görə, Icma.az xəbər verir.


ABŞ-İsrail və İran arasında müharibə ilə əlaqədar Fars körfəzində 20 min dənizçi ilə birlikdə təxminən 2000 gəminin hərəkəti dayandırılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Beynəlxalq Dəniz Təşkilatının (IMO - BMT-nin ixtisaslaşmış təşkilatıdır) baş katibi Arsenio Dominqes “El País” qəzetinə verdiyi müsahibədə bildirib.
Hörmüz boğazındakı vəziyyətdən danışarkən, o, bunu kritik adlandırıb.
Dominqes həmçinin, vəziyyət uzandıqca qida, su və yanacağa ehtiyac yaranacağını qeyd edib.
Beynəlxalq Dəniz Təşkilatının rəhbərinə münaqişə həll edildikdən sonra gəmilərin geri çəkilməsinin təşkili ilə bağlı da sual verilib. O bildirib ki, region ölkələri, xüsusən də İran və Omanla bir plan müzakirə olunur.
“Orada yerləşən gəmilərin təxliyəsi bir neçə həftə çəkəcək”, - deyə BMT rəsmisi qeyd edib.
“Lakin təxliyədən əvvəl mina təhlükəsinin olmadığından əmin olmalıyıq. Daha sonra Hörmüz boğazından hər gün keçən təxminən 130-135 gəmi ilə normal əməliyyatlara qayıdacağıq”, - deyə Beynəlxalq Dəniz Təşkilatının rəhbəri bildirib.
Lakin o, əlavə edib ki, hazırda ərazidə minaların olması ilə bağlı rəsmi təsdiq yoxdur.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 17 Aprel 2026 13:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see226

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see214

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see212

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see209

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see204

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see200

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see196

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see194

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see193

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see188

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see186

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see186

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see183

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see182

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see182

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see181

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see180

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see179

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see173

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri