Mixail Kavelaşvili: Gürcüstan Cənubi Qafqazda sülhün və sabitliyin bərqərar olmasını qətiyyətlə dəstəkləyir
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Tbilisi, 19 noyabr, AZƏRTAC
Gürcüstan Ermənistan ilə Azərbaycan arasında sülh sazişinin paraflanmasını alqışlayır. Eyni zamanda, Gürcüstan Cənubi Qafqazda sülhün, sabitliyin bərqərar olmasını qətiyyətlə dəstəkləyir və lazım gəldikdə öz töhfəsini verməyə hazırdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstan Prezidenti Mixail Kavelaşvili Tbilisidə erməni həmkarı Vaaqn Xaçaturyanla görüşdə söyləyib.
Gürcüstan Prezidentinin Administrasiyasından verilən məlumata görə, təkbətək görüş zamanı Gürcüstan və Ermənistan arasında mövcud ikitərəfli münasibətlər və müxtəlif sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunub.
Həmçinin mövcud siyasi proseslər, eləcə də sürətlə dəyişən beynəlxalq nizam fonunda regionda sülhün və sabitliyin qorunmasının vacibliyi müzakirə edilib.
Gürcüstan Prezidenti həmkarına Gürcüstanın ərazi bütövlüyünə və suverenliyinə verdiyi dəstəyə görə təşəkkür edib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:26
Bu xəbər 19 Noyabr 2025 15:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















