Fazil Mustafa Amil Xəlilin müdafiəsinə qalxdı: “Söyüş söyməyib, təhqir etməyib”
Icma.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.
Audiovizual Şurası dekabrın 25-i “Space TV”də yayımlanan “Gəl, danış!” proqramında aparıcının çıxışına görə (“Media haqqında” Qanunun 14.1.4-cü maddəsinin tələbləri pozulduğundan) yanvarın 14-ü saat 12:00-dan saat 15:00-dək yayımının 3 saatlıq dayandırılması barədə qərar verib.
Turkustan.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa sosial şəbəkə hesabında paylaşıb.
"Tamamilə yanlış qərardır. Şəxsən tanımasam da, verilişlərindən istedadını və cəfakeşliyini qiymətləndirdiyim Amil Xəlil ictimai əxlaqın qorunması istəqamətində cəsarətli fikir söyləyib, şəxsən kimisə hədəfə almayıb və tövsiyyəsi də sağlam məntiqə dayanır. Cəmiyyətdə baş verən əxlaqi deqradasiyanı jurnalistin dilə gətirməsinə qarşı bu cür addımlar zərərlidir. O halda kim danışacaq bu neqativləri, kim insanlara doğru fikirləri aşılayacaq? Söyüş söyməyib, təhqir etməyib, mədəni üslubda fikir söyləyib, buna görə televiziyanın və jurnalistin hədəfə alınmasını yanlış hesab edirəm" - deputat əlavə edib. /yenisabah.az/
Baxış sayı:36
Bu xəbər 10 Yanvar 2026 16:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















