Fazil Mustafa: “Bu şəxslərin vasitəsilə dövlətimizə meydan oxuyurlar, yeni Vətən xaini şəbəkəsini bu cür yetişdirirlər”
Pravda.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Milli Məclisin komitə sədri Fazil Mustafa İranın dini lideri Əli Xameneinin 86 yaşı münasibətilə azərbaycanlı uşaqların iştirakı ilə hazırlanan təbrik videosuna etiraz edib.
Deputat Pravda.az-a açıqlamasında deyib ki, bu şəxslərin düşmənləri müasir dəyərlərə bağlı bütün Azərbaycan vətəndaşlarıdır.
“Bu uşaqların vasitəsilə dövlətimizə meydan oxuyurlar, yeni Vətən xaini şəbəkəsini bu cür yetişdirirlər. Bu cür Vətən xainlərinin dinçi-məzhəbçi dona bürünərək ölkəmizi təhdid etməsi ilə bağlı təkliflərimiz ümid edirəm ki, nə zamansa diqqətə alınacaq. O halda bu cür təzahürlərin qarşısını almaq, insanlarımızın dünyəvi dövlətimizi qorumaq refleksini gücləndirmək mümkün ola bilər” – F.Mustafa qeyd edib.
Aytəkin Qardaşova


