Fazil Mustafa: “İranın Yasin Hüseynzadəni edam etməsi münasibətlərimizə təsir edən müsbət davranışdır”
Pravda.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Tehrandakı səfirliyimizdə törədilən terror hadisəsi Azərbaycan dövlətinin həssas mövzusu idi. Bunu dəfələrlə İran qarşısında qaldırmışdıq. İranın bu gün Yasin Hüseynzadəni edam etməsi həm də münasibətlərimizə təsir edən müsbət davranışdır”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin komitə sədri Fazil Mustafa deyib.
“Hər hansı ölkənin səfirliyi yerləşdiyi ölkənin həm də qonağıdır. Qonağa qarşı xəyanət, namərdlik etmək olmaz. Tehrandakı səfirliyimizdə törədilən terror da namərdlik addımı idi. Hadisənin qarşısını bu cür variantlarla almış oldular”, - deputat bildirib.
Aytəkin Qardaşova

