Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

A Seriyası: 19 illik rekord təkrarlandı

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

Səhiyyə Nazirliyində yeni təyinat

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

Fazil Mustafa müəllif olaraq üç kitabını oxuculara təqdim etdi

Fazil Mustafa müəllif olaraq üç kitabını oxuculara təqdim etdi

Turkstan.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Səfər Alışarlı

Fazil Mustafa müəllif olaraq birdən-birə üç kitabını oxuculara təqdim etdi. Belə elmi, ədəbi-publisistik məhsuldarlıq nəinki millət vəkilləri və siyasi xadimlər, hətta məşhur qələm adamları arasında da nadir hadisələrdəndir. ”Anladım Tanıdım Yaşadım”, “Cəhalət gülləsi, aydınlıq çiləsi” və “Azərbaycan: qaranlıq keçmişdən aydınlıq tarixə”. Kitablar müxtəlif mövzulara həsr olunsa da, onları bir ümumi qayənin birləşdirdiyini görmək olar. Bu, iki yüz illik işğaldan sonra azadlığına qovuşmuş Azərbaycanın tarixi keçmişi, bu günü, gələcəyi, xalqımızı ayaqda saxlayan mənəvi sütunlar, vətənimizin birliyi və bütövlüyüdür. Elmi-publisistik dil, rəvan təhkiyə, hadisə və faktların dərin analizi mövzuların təhlil dinmaikasını artıraraq kütləvi oxucunu də özünə cəlb edə bilir.

”Anladım Tanıdım Yaşadım” kitabı Fazil Mustafanın yüksək dəyər verdiyi, əsərlərindən, həyat və mübarizəsindən bəhrələndiyi tarixi şəxsiyyətlər və onun müasirlərinin bir qismi haqqında məqalələr toplusudur. 50 nəfərlik bu böyük sıralamada Aşıq Ələsgər, Əli bəy Hüseynzadə, Mehmet Akif, Nabokov, Sokrat, eləcə də müəllifin şəxsən tanıyıb ünsiyyətdə olduğu Anar, Əbülfəz Elçibəy, Flora Kərimova, Xəlil Rza kimi görkəmli adamların adı var. Məqalələrin bəziləri bizə dövri mətbuat və sosial şəbəkələrdən tanışdır.

Geniş mənada isə məqalələr bu şəxsiyyətlərin elmi-ədəbi, ictimai-siyasi və mədəni irsi üzərində Fazil Mustafa idrakı və düşüncəsinin inikasıdır. Burada orijinal fikirlər, indiyədək çoxlarının görə bilmədiyi xarakter cəhətləri çoxdur. Məqalələr fakt və biliklərin, fikir və metaforaların təkrarı yox, şəxsiyyətlərə və onların irsinə özünəməxsus yeni baxışın, dərin psixoloji nüfuzun təzahürüdür. Əminəm ki, gələcəkdə bu kitabın bir çox səhifələri Fazil Mustafanın yaşadığı zamanın fakturası kimi həm oxucular üçün maraqlı olacaq, həm də tədqiqatçılar üçün dürüst və qiymətli məxəz rolunu oynayacaq. Mən bu yaxınlarda təsadüfən rastlaşdığım bir fakt haqqında yazmışdım: yaşlı nəslin şəxsən tanıdığı məşhur Bakı meri Əliş Ləmbəranski və onun Cümhuriyyət parlamentinin üzvü olmuş, sonralar tibb sahəsində böyük vəzifələr tutmuş həkim atası Cəmil bəy Ləmbəranski... Hər ikisi çox mənalı ömür sürüb, çar Rusiyası və sovet sisteminin qanlı-qadalı illərini yaşayıb, lakin özlərindən sonra istinad ediləcək bircə dənə də yazılı cümlə qoyub getməyiblər. Təkcə onlar yox, əksər siyasi xadimlərimiz gördüklərini, bildiklərini özlərilə qəbirə aparıb. Fazil Mustafanın bu şəxsiyyətlər haqqında yazdıqları bəzi boşluqları doldura bilir.

Məsələn, Azərbaycanın ən çətin dövrlərində çiyin-çiyinə mübarizə apardığı Əbülfəz Elçibəy haqqında yazır: “Bir çoxları Elçibəyi mübarizə simvolu kimi təqdim etməyə çalışsalar da, o, əslində, xarakter olaraq barış və tarazlıq obrazı idi. Fikrimcə, Elçibəy heç vaxt hakimiyyət uğrunda amansız mübarizənin simvolu ola bilməz”. Bu, Əbülfəz bəyin siyasi portreti fonunda mənəvi lider obrazına tutulan güzgüdür. Zənnimcə, Elçibəyi sevdirən, ən mühüm amillərdən biri də məhz bu obrazıdır.

Bu sırada ən maraqlı mətnlərdən biri də müəllifin Heydər Əliyevlə iki görüşü haqqında yazdığı məqalədir. İki-üç səhifəlik xatirə-təhlil üslublu yazıda böyük bir epoxanın ictimai-siyasi mənzərəsi dolğun publisistik boya və səmimi cizgilərlə təsvir edilib, Heydər Əliyevin müdrik rəhbər və böyük liderlik xüsusiyyətləri önə çəkilib.

Bəziləri iddia edir ki, XX əsr dünyaya Atatürk, Qandi, Mao, Stalin, Çörçil kimi rəhbərləri verməklə bəşəriyyətin inkişafında şəxsiyyətlər dövrünü bitirdi. Onların fikrincə, internetin kəşfi XXI əsri kütlə əsrinə çevirdi və geriqayıdış artıq mümkün deyil. Bu iddiaların qarşısında da Fazil Mustafanın yaratdığı tarixi şəxsiyyət və müasirlərinin obrazları canlı, sağlam və fundamentaldır. Necə deyərlər, əlyazmalar yanmır.

M.F.Axundov, Sabir, Seyid Əzim portretlərində müəllif bu şəxsiyyətlərin zamanı qabaqlayan, əksər hallarda onunla münaqişəyə girən ədəbi fəaliyyətlərilə yanaşı, dövrün əksər dini motiv və prioritetlərinin əsasən xurafatdan və cahillikdən qidalandığını vurğulayır. Ümumiyyətlə, islam dininin fəlsəfi mahiyyəti və mənəvi qüdrəti Fazil Mustafanı daim qayğılandıran mövzularındandır. Çünki mövzu bir çox dini koordinatları və oriyentirləri təhrif edilmiş müsəlman Şərqi üçün bu gün də mühüm əhəmiyyət daşımaqda, öz aktuallığını qoruyub saxlamaqda davam edir. İslam əleyhdarlarının əlində həmişə kəsərli silah kimi müsəlman xalqlara qarşı istifadə edilmiş məzhəbçiliyə, təriqətçiliyə, tarixi şiə və sünnü ikitirəliyinə müəllifin münasibəti ənənəvi sovet dinşünaslığından çox uzaq olduğu üçün Azərbaycanda kök salmış İran təmayüllü cəhalət onunla mübarizəni az qala cihad səviyyəsinə qaldırıb. Akutakava deyirdi ki, ənənəvi bağların qırılması mənim kədərimin mənbəyidir. Yapon cəmiyyəti bütünlüklə milli ənənəviçilik üzərində mövcuddur. Sovet ənənəviçiliyin xüsusi qorunan dirəklərindən biri olan dini ənənəviçilik Fazil Mustafanın qələmində islamın real tarixinə söykənəcəklə sındırılır və təəssüf ki, hələ də Sabirin, Mirzə Cəlilin dövründə olduğu kimi, cavabsız qalmır. 28 mart 2023-cü ildə evinin qapısında atılan cəhalət güllələri onun həyatına son qoymaq məqsədi güdürdü. “Cəhalət gülləsi, aydınlıq çiləsi” kitabı bu haqdadır. Kitab təkcə millət vəkilinə qarşı qurulmuş detektiv olay reallığını deyil, yeri gəldikcə qısa kontekstdə də olsa, F.Mustafanın dini baxışlarının səciyyəsi olaraq oxunur.

Ümumiyyətlə, Fazil Mustafa qələmi peşəkar səriştə ilə işlədən nadir deputatlardandır. Bəlkə də o, hüquqşünas olmasaydı, şair olub çox maraqlı şeirlər yazardı. Bəlkə elə indi də poeziya vurğunluğu onu Azərbaycan reallığının sərt üzündən ayıra bilir. Onun sözə, kitaba olan son dərəcə həssas münasibətini internet belə üstələyə bilmir. Cəmiyyətin gündəmində az da olsa, aktuallıq kəsb edən nə varsa, Fazil Mustafa qələmi orada görünür və həqiqətin, ictimai əhəmiyyət kəsb edən dəyərlərin topluma çatdırılması üçün gücünü, enerjisini və vaxtını əsirgəmir. Bu baxımdan müəllifin təqdim etdiyi üçüncü kitab – “Azərbaycan qaranlıq keçmişdən aydınlıq tarixə” da maraqlıdır. Son yüz ildə yazılı Azərbaycan tarixinin Rusiya akademikləri tərəfindən ümumtürk mətnindən qoparılaraq, ciddi şəkildə təhrif edilməsi, xalqımızın türk soykökünün açıq-aşkar danılması, onun tarixi uğur və qələbələrinin başqa xalqların adına yazılması konsepsiyası Azərbaycan tarix elmində də məcburi prioritet olub. Bu mövzuda müstəqillik dövrünün elmi araşdırmalarını əhatə edən diskussiyalar sosial şəbəkələrdə də xüsusi çəkiyə malikdir. F.Mustafanın imzası və adı bu mübahisələrin episentrində tez-tez görünür. Burada da əsasən Azərbaycanda islam, Səfəvilər və müstəqillik dövrünün Azərbaycanı vaxtaşırı Fazil Mustafanı həm bir alim, həm də bir siyasi xadim kimi dilləndirərək onun orijinal və cəsarətli fikirlərini ortaya qoyur. Məsələn, o belə deyir: “Bugünkü çağdaş, dünyəvi Azərbaycan Cümhuriyyəti səfəvilərin yekunu deyil. Səfəvilərin yekunu hər yönü ilə geriçi, teokratik İran İslam Cümhuriyyətidir. Biz, taleyimizi müsbət mənada dəyişmiş 1828-ci ildə bağlanan Türkmənçay müqaviləsinin yekunuyuq. Yəni aydınlıq tariximizin özəti belədir: millətimizin kiçik bir hissəsi dini-ideoloji cəhalət bataqlığından xilas olaraq, Rusiya müstəmləkəçiliynə keçib, əlverişli tarixi şəraitdə bu müstəmləkəçilikdən qurtularaq öz milli identifikasiyasına əsaslanan çağdaş Azərbaycan Cümhuriyyətini yaradıb”. Əlbəttə, məsələ öz genişliyi ilə ən müxtəlif fikirləri özündə ehtiva etməyə qadirdir. Tutaq ki, ən yaxşı müstəmləkənin belə ən pis milli dövlətçilikdən pis olduğunu iddia etmək yanlışlıq olmaz. Ancaq məsələ burasındadır ki, Fazil Mustafa rus müstəmləkəçiliyini milli azadlıqla deyil, xalqımızın və torpağımızın əsas hissəsini işğal etmiş müasir fars müstəmləkəçiliyi, bəzən də cəhalət və səriştəsizlik müstəmləkəçiliyi ilə üst-üstə qoyaraq müqayisə edir və haqlı olaraq bu müqayisələrdə bizi öz tərəqqisinin yedəyində müəyyən məsafələrə qədər aparmış birincinin tərəfində durur.

Müasir, müstəqil Azərbaycanın problemlərini təkcə tarixi mövzuların düzgün istiqamətdə yozumu ilə həll etmək mümkün deyil. Burada gənc Azərbaycan dövləti dünya kapitalının ən yırtıcı qüvvələri ilə üz-üzədir. Azərbaycana qarşı hansı işğalçı qüvvələrin yüzilliklər boyu necə çalışması indi-indi açılaraq ifşa edilir. Azərbaycan xalqının istiqlaliyyət mübarizəsi bu gün də davam edir. Vaxtilə öz torpaqlarımızda itirdiyimiz 40 kilometrlik Zəngəzur dəhlizindən adicə yolçu kimi keçib getmək bu gün təkcə Azərbaycan üçün deyil, bütün türk dünyası üçün nə qədər böyük bir problemə çevrilib! Xalqımızın və dövlətimizin gələcəyi uğrunda davam edən bu çətin mübarizədə 30-dan artıq kitabın müəllifi Fazil Mustafanın ictimai-siyasi və elmi-publisistik fəaliyyəti özünəməxsus önəm daşımaqdadır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:143
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 25 Aprel 2026 23:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see484

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see455

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see332

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see329

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see263

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see246

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see245

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see237

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see229

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see224

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see223

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see218

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see212

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see210

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see207

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see204

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see195

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see182

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see174

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri