Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

Fazil Mustafadan “FLAQMAN”A ağır sözlər…

Fazil Mustafadan “FLAQMAN”A ağır sözlər…

Icma.az bildirir, Gununsesi portalına istinadən.

“Qarabağ” UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl”la qarşı keçiriləcək səfər matçına yaxşı hazırlaşmaq üçün Peşəkar Futbol Liqasına (PFL) müraciət edib.

Ağdam təmsilçisi İngiltərəyə yollanmamışdan öncə Misli Premyer Liqasının 21-ci turunda “Neftçi”yə qarşı keçiriləcək matçın təxirə salınmasını istəyib.

“Köhlən atlar” bununla bağlı PFL-ə məktub göndərib.

Çempionatın təşkilatçısı olan qurum da öz növbəsində razılıq üçün “Neftçi”yə müraciət edib.

Lakin Bakı klubu “Qarabağ”ın bu istəyini geri çevirib.

“Neftçi”nin Media üzrə koordinatoru Rüstəm Əfsərli də açıqlamasında məlumatı təsdiq edib:

“Qarabağ”dan belə bir təklif gəlmişdi, amma biz bundan imtina elədik. Çünki komandamızın qarşısında hədəflər var, mövsüm sona yaxınlaşır, həlledici mərhələyə qədəm qoyuruq. Bu hədəflərə uyğun olaraq da hazırlıq planı nəzərdə tutulub. Hər hansı matçın vaxtının, yerinin dəyişdirilməsi planlara mənfi təsir göstərə bilər. Buna görə də fikirləşdik ki, oyunun təxirə salınması məqsədəuyğun deyil. Ən yaxşısı elə təqvimlə nəzərdə tutulan həftədə matçın oynanılmasıdır”.

Gununsesi.info xəbər verir ki, Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa bu məsələ ilə bağlı Musavat.com-da kifayət qədər sərt danışıb.

Deputat bildirib:

” Təbii ki, “Qarabağ” komandası çox məsul bir oyun ərəfəsindədir və belə bir addım atmalı idi. Bu, bütün ölkələrin praktikasında var. Komandanın ehtiyat skamyası da məhduddur. Həm də imkanları “Nyukasl”la müqayisədə çox-çox aşağıdır. Bu da onu tələb edir ki, klub daha ciddi şəkildə, zədələr olmadan, problemsiz bu oyuna hazır vəziyyətə gəlsin. Onun üçün də daxili çempionatda bir oyunun təxirə salınması ilə bağlı “Neftçi” komandasına müraciət edib. Təbii ki, bu məsələdə də “Neftçi” klubunun da hüquqi var ki, bu müraciəti qəbul etməsin. Amma “Neftçi”nin yox demək hüquqi olsa da, haqqı yoxdur. Azərbaycanın Cinayət Məcəlləsində ictimai mənəviyyat əleyhinə olan kateqoriya var. Bu, birbaşa ictimai mənəviyyat əleyhinə olan bir cinayət açıqlamasıdır. Bilirsiniz niyə? Bu açıqlamanı verən, yaxud bu açıqlamanı vermək barədə qərar qəbul edən şəxslərin Azərbaycana sevgilərinin olduğuna şübhə ilə yanaşıram. Bu ərəfədə “Qarabağ” təkcə özünü təmsil etmir, həm də “Neftçi”ni təmsil edir”.

Fazil Mustafa o cümlədən deyib:

” “Qarabağ”ın Avropa məkanında qazandığı puldan böyük məbləğ də, təxminən 800 min avroya yaxın “Neftçi”yə düşür. Siz təsəvvür edin ki, ona pul qazandıran, xeyir gətirən bir komandaya dar bir korporativ maraqlar ucbatından bu cür təklifi rədd edirlər. Bu məsələ ciddi şəkildə müzakirə olunmalıdır. Hətta bu məsələyə ölkə rəhbərliyi belə qarışmalıdır. Çünki bu qədər vəsaitlər “Neftçi” üçün xərclənir, amma ortaya bir nəticə qoya bilmir, indi guya bir oyunu təxirə salmasalar, uğur qazanacaqlar. Buna ad vermək mümkün deyil. Hər kəs bilməlidir ki, bu ictimai mənəviyyat məsələsidir. Dövlətin və xalqın marağı olan, böyük bir çoxluğun diqqətində yer alan məsələdə bu cür davranmağın heç bir izahı yoxdur. Bu baxımdan da məncə, bu məsələ cəmiyyətdə çox ciddi müzakirə olunmalıdır. Bu, döyüşə girmiş ordu bölümünə digər bir ordu bölümünün logistik dəstək verməkdən imtinası kimidir. Onun üçün də bunun çox ciddi bir hadisə olduğunu düşünürəm. Mənə elə gəlir ki, bu oyun təxirə salınmasa, “Qarabağ” özünün ikinci heyəti ilə bu oyuna çıxıb “Neftçi”yə futbol dərsi verməlidir. Cəmiyyətdə də insanlar məhz bu oyuna görə “Qarabağ”ı dəstəkləməlidir. Şəxsən mən həmin oyunda “Qarabağ”ı hərtərəfli dəstəkləməyə hazıram. Çünki döyüşə gedən bu ordu bölümünə qarşı edilən bu hərəkət məğlubiyyətə-ümumi, milli məğlubiyyətə dəstək verməkdən başqa bir şey deyil. Ona görə də, bu əməlin hesab edirəm ki, “Neftçi” üçün də ciddi nəticələri olmalıdır”.

Qeyd edək ki, “Neftçi” – “Qarabağ” görüşü fevralın 21-i keçiriləcək və saat 19:00-da başlayacaq.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:106
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 06 Fevral 2026 11:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see644

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see407

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see350

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see262

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see255

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see252

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see236

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see229

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see228

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see219

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see214

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see204

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see200

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see200

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see198

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see196

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see189

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see188

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see180

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri