Icma.az
close
up
RU
Fazil Mustafadan Səyyad Aranın çıxışına REAKSİYA

Fazil Mustafadan Səyyad Aranın çıxışına REAKSİYA

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

Milli Məclisin İnsan Hüquqları Komitəsinin ötən gün keçirilən iclasında deputat Səyyad Aran nazirlərin qəbuluna düşməyin çətinliyindən danışıb. O qeyd edib ki, deputatlar xalqın əli çatan şəxslərdir və onların səlahiyyətləri artırılmalıdır.

Milli Məclisin deputatı Fazil Mustafa Redaktor.az-a açıqlamasında bildirdi ki, həmkarının məsələ ilə bağlı konkret narazılığı varsa və ya hansısa çətinliklərlə qarşılaşırsa, əlbəttə, bu məsələ konkretləşdirilməli, söhbətin hansı nazirlərdən getdiyi müəyyənləşdirilməli və onların diqqətinə çatdırılmalıdır:

“Məncə, xüsusi səlahiyyətlər məsələsindən daha çox, subyektiv maneələri ortadan qaldırmaqdan söhbət gedə bilər. Çünki deputatın qanunvericilikdə kifayət qədər səlahiyyətləri var. Biz daha çox prezidentli respublika olduğumuza görə, hökumətin formalaşmasına parlamentin çox da əhəmiyyətli təsir göstərmək imkanı yoxdur. Bu baxımdan da deputatlar parlamentli respublikalarda daha çox səlahiyyətə sahib olurlar. Nəzarət funksiyasını da daha çox yerinə yetirə bilirlər.

Biz yalnız büdcə üzərində nəzarəti həyata keçirmək imkanına sahibik və bununla bağlı müəyyən prosedur formaları var ki, qanunvericilikdə nəzərdə tutulmuş qaydada həll edilir. Amma konkret olaraq hansısa problemin həlli istiqamətində nazirliklər daha diqqətli davranmalı və bu istiqamətdə parlamentlə əməkdaşlıq etməkdən çəkinməməlidirlər.

İndi mənim konkret hansı istiqamətdə hörmətli millət vəkilinin müraciətlərinə cavab verilmədiyi barədə məlumatım yoxdur. Hər halda, bunu konkretləşdirib aydınlıq gətirmək olar. Məncə, parlament və hökumət arasında bu cür subyektiv anlaşılmazlıq varsa, bu, dərhal ortadan qaldırılmalıdır”.

Aytəkin TOFİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:127
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 22 Sentyabr 2026 12:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see346

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see311

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see305

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see298

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see296

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see288

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see286

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see282

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see277

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see270

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see251

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see248

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see240

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see234

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see233

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see233

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see230

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see218

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see218

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see217
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri