Icma.az
close
up
RU
“Səyyad Aranın məsələyə yanaşması stilistika baxımından doğrudur” Fazil Mustafa

“Səyyad Aranın məsələyə yanaşması stilistika baxımından doğrudur” Fazil Mustafa

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Millət vəkili Səyyad Aranın məsələyə yanaşması stilistika baxımından doğrudur. Bütün sahəvi işlətmələr üçün Azərbaycan sözünün qısadılmış forması kimi "Azər" işlədilirsə, bu "Azəriqaz"a da şamil olunmalıdır. Ancaq Səyyad müəllim bilməmiş deyil ki, siyasi, elmi və bədii mətnlərimizdə "Azəri" sözü də ayrı-ayrı müəlliflər tərəfindən dəfələrlə işlədilmiş, hətta xalq şairi Rəsul Rza ötən əsrin 70-ci illərində "Azəri Sovet Ensiklopediyası" nəşr etməyə də qərar vermişdi. Lakin bu cəhd yarımçıq qalmış və onu ensiklopediyanın I cildini alayarımçıq buraxmaqla baş redaktorluqdan uzaqlaşdırmışdılar".

Redaktor.az xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa feysbuk hesabında yazıb.

"Sonralar "Azər xalqı", "Azəri dili" kimi başlıqlar altında elımi-etnoqrafik nəşrlər də peyda olmuşdur. Ancaq nə "Azər", nə də "Azəri" xalqı və dilinin elmi baxımdan bizim Azərbaycanla əlaqəsi sübuta yetirilməmişdir. Kimin işlətməyindən asılı olmayaraq, “azəri” termininin ağlabatan elmi izahı yoxdur. Azərbaycan sadəcə tarixi-coğrafi ərazinin adıdır və onun da fərqli izahları günümüzə qədər verildiyinə görə təkrarlamağa lüzum görmürəm".

Deputat qeyd edib ki, ilk Böyük Sovet Ensiklopediyasının I cildində (1925) dilimiz Azərbaycan dili və ya azəri dili adlandırılsa da, mənşəcə türk dilləri qrupuna aid edilir:

"Kiçik Sovet Ensiklopediyasının I cildində (1928) isə bizi Azərbaycan türkləri, Azərbaycan tatarları, yaxud azərbaycanlılar adlandırırlar, ancaq bizi türk-səlcuqların bu ərazini işğalı nəticəsində formalaşan xalq kimi göstərirlər. Ağlabatan versiya isə budur: Azərbaycan ərazinin adıdır, bu da İran və Rusiya türk aydınları arasında zaman-zaman mübahisə predmeti olmuşdur. Birincilər bu adın ancaq İran ərazisində olan Azərbaycanı ehtiva etdiyini, quzeyin isə tarixən Arran (Alban) adlandırıldığını yazırdılar. İkincilər isə bu adı vahid etnosun yaşadığı məkan olaraq görürdülər. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yarananda bu cür adın seçilməsinə ən çox İranda yaşayan türk aydınlar etiraz etmişdilər. Azərbaycan xalqı və Azərbaycan dili siyasi terminlərdir. Stalinist siyasətin nəticəsinə Türk və ya Azərbaycan türkü adının dəvşirmə formasıdır. Əslində Azərbaycan adlı bu siyasi vahidin içində böyük çoxluğu türklər təşkil etməklə, ərazidə yaşayan bütün böyüklü-kiçikli xalqlar “azərbaycanlı” adlandırılmaqdadır.  Azər xalqı və ya Azəri xalqı və dili haqqında ciddi elmi bilgilər olmasa da, qədim Azərbaycan ərazisində yaşamış etnik elementlərdən birinə aid olması mümkündür. Bütün hallarda  bu tanıtımın biz türklərə aidliyi yoxdur və illərdir süni konstruksiya ilə bunu sübut etməyə çalışanlar hansısa ciddi elmi nəticə ortaya qoya bilməmişlər. Azərbaycan dili isə təmiz türk dilidir və ya türk dilinin mühüm qollarından biridir və əslində bu ad da elmi deyil, siyasi yanaşmanın məhsuludur. Azərbaycan xalqı deyəndə mütləq çoxluğu türklərin təşkil etdiyi bütün etnik mozaikanın içinə alan siyasi bir təşəkkül başa düşülür. Azərbaycan dili deyəndə isə Azərbaycan xalqının rəsmi dövlət dili olan Türk dili və ya Türk dillərinin mühüm qolu nəzərdə tutulur. Açıq ifadə edərsək əslində indiki müstəqillik dönəmimizdə biz siyasi təşəkkülümüzün sabitliyi və dövlətimizin bütövlüyü üçün etnik mənsubiyyəti siyasi kimliklə uzlaşdırmağa loyal yanaşmışıq".

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:104
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 24 Yanvar 2026 22:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see238

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see194

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see179

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see165

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see164

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see160

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see156

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see155

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see144

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri