Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

İbrahim Tatlısesin model gəlininin evini su basdı

Fazil Mustafanı Ramiz Mehdiyev HİMAYƏ edirdi Akif Nağı

Fazil Mustafanı Ramiz Mehdiyev HİMAYƏ edirdi Akif Nağı

Tribuna saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azad Vətən Partiyasının sədri Akif Nağının “Media Türk TV”nin efirində Fazil Mustafa ilə bağlı səsləndirdiyi fikirlər müzakirələrə səbəb olub.
Bunun ardınca, Fazil Mustafa Akif Nağını “İran xətti müdafiə edən adam” adlandırıb. Deputat qeyd edib ki, Akif Nağı Taleh Bağırzadənin başqa bir versiyasıdır. Azərbaycanda səfəviliyi kim qabardırsa, həmin şəxs İranın maraqlarına xidmət edir.

Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən AVP-nin sədri Akif Nağı bildirib ki, Fazil Mustafa mənasız, məsuliyyətsiz, çürük bir adamdır.

A. Nağı qeyd edib ki, Fazil Mustafanın heç dediklərinə fikir və reaksiya vermək istəməzdim. O, boş və mənasız şeylər danışır. “Akif Nağı İran xəttindədir” nə deməkdir?! Əlində sənin faktın varmı? Adama bu cür şər atmaq olmaz. Sən şər və böhtançısan. Guya, özü də hüquqşünasdır.

Sədrin sözlərinə görə, Akif Nağının dövləti və milləti üçün etdiyi fəaliyyəti Azərbaycan xalqı, media, hər kəs bilir. 30 il ərzində, işğal dövründə Akif Nağı qan-tər içində, həyatı ilə risk edərək, Qarabağ təbliğatını bütün dünyada aparıb. Rusiya, Türkiyə, Avropa, Gürcüstan, hər yerdə bu təbliğatları biz aparmışıq. Qarabağla bağlı qalaq-qalaq kitablar, braşurlar çap etmişik, konfranslar həyata keçirmişik. O cümlədən, bu fəaliyyətimiz İranı da əhatə edib. İrana ona görə gedib-gəlirdik ki, orada Qarabağ təbliğatı aparaq. Ermənilərin orada apardığı saxta təbliğatın qarşısını almaq məqsədilə getmişik. Orada çox vaxt həyatımızı riskə atırdıq. Bunun insanlar dəfələrlə şahidi olub. Hər səfərdə də ora jurnalistlərlə birgə gedirdim. Onlar açıq şəkildə fəaliyyətimizi görürdülər. Təbriz, Zəncan, Ərdəbil, Urmiya, hər yerdə, universitetlərdə Qarabağ konfransları keçirirdik. Yəni, ona görə də bu məsələlərdə qərəzli mövqedən çıxış edən, boş mənasız şəkildə danışan Fazil Mustafanın Akif Nağını ittiham etməsi mənasızdır. Azərbaycanın hüquq-mühafizə orqanları var. Əgər Akif Nağının hərəkətlərində balaca bir xal qədər nəsə olsaydı, hüquq-mühafizə orqanları bununla bağlı addımlar atardı.

“Fazil Mustafa mənasız, məsuliyyətsiz və çükür adamdır”

Akif Nağı F. Mustafa barədə danışaraq deyib:

“Fazil Mustafa cəmiyyətdə heç nəyə yaramayan bir adamdır. Deputat kreslosunda oturub amma Azərbaycana bu gün nə xeyri dəyib?! Onun nə savadı, nə səviyyəsi var. Mən hesab edirəm ki, bu cür adamlar tam şəkildə cəmiyyətdən təcrid olunmalıdır. Bu cür mənasız adamların fəaliyyətini düzgün bilib dəyər biçməlidirlər. Bu cür adamların cəmiyyətdə yeri yoxdur. Çox təəssüf ki, o, hələ də deputat kreslosunda oturub, komissiya sədridir. Bunun özü hansı təbliğatı aparır?! Guya, səfəvilikdən danışır. O, axmaqlığın çox yüksək dərəcəsidir ki, səfəvilikdən imtina edib. Səfəvilər Azərbaycanın ən böyük sülalələrindən biri olan, Azərbaycan dövlətini böyük imperiya səviyyəsinə qaldıran bir sülalə idi. Bundan imtina etmək əksinə, İrana xidmət etmək deməkdir. İranda da fars rejimi o xətti aparırlar ki, Səfəviləri özlərinə çıxsınlar, fars olduğunu dünyaya çatdırsınlar. Fazil Mustafa da bu hərəkətləri ilə onlara xidmət edir. O, məntiqsiz danışır. Amma mən məntiqlə deyirəm ki, onun yeritdiyi siyasət, Səfəvilərə qarşı bu münasibət İran siyasətinə xidmətdir. Bəlkə də o, İranla idarə olunur. Vaxt gələcək məsələlər açılacaq”.

Fazil Mustafanın şiəliklə bağlı fikirlərinə münasibət bildirən Akif Nağı vurğulayıb:

“Fazil Mustafa şiəliyə qarşı mənasız bir mövqe tutub. Mən məntiqlə deyirəm ki, o da İŞİD-in, vəhhabilərin apardığı siyasətə uyğundur. Vaxt gələcək onun İŞİD və vəhabilərlə əlaqəsi olduğu ortaya çıxacaq. İŞİD və vəhabilər deyir ki, “şiələrin hamısını öldürmək lazımdır, savabdır”. Fazil Mustafa da antişiə, anti-Azərbaycan mövqeyindədir. O, Azərbaycanın imicinə xələl gətirməyə çalışır. Çox təəssüf ki, belə məxluqlar var və ağızlarına gələni də danışırlar. İstənilən yerdə, istənilən səviyyədə onunla diskussiya edib ona sübut edərəm. Mən onun ağırlığı qədər kitablar yazmışam. 22-23 ildir ki, Qarabağ konfransları keçirirəm. Elə bu günlərdə Zəngəzur konfransının materialları çap olunacaq. Ən yeni Azərbaycan tarixi kitabını keçən il yazmışam. Azər tarixinin qədim dövründən bu gününə qədər bəhs edən mövzularda kitab yazmışam. Mən Azərbaycan elminə, millətinə, dövlətinə xidmətimi davam etdirirəm. Bu cür adamlara da fikir vermirəm. Necə deyərlər, “it hürər, karvan keçər”. Karvan hər hürən itə reaksiya versəydi, o gedib hədəfinə, məqsədinə, mənzil başına çatmazdı. Ona görə də heç buna vaxt sərf edib məhkəməyə də vermək istəmirəm. Mən ilahi ədaləti gözləyirəm. Onlar öz cəzalarını alacaqlar. Necə ki, gözümüzün qarşısında alırlar. O, Ramiz Mehdiyevin kadrıdır. Fazil Mustafanı Ramiz Mehdiyev gətirib ortaya çıxarmışdı, himayə edirdi. Necə ki, R. Mehdiyevin dəstəsi gedib, bu da onların içərisində gedəcək. Hələ çabalayır, müqavimət göstərməyə, sifətini, simasını mövqeyini dəyişməyə çalışır. Amma xeyri yoxdur. Haqq-ədalət yerini alacaqdır”.

Dəniz Pənahova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 05 Noyabr 2025 17:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see381

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see374

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see357

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see344

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see247

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see242

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see241

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see234

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see234

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see227

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see221

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see217

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see215

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see209

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see202

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see186

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see183

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see173

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see163

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri