Icma.az
close
up
RU
Menu

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

Ronaldo tarixə düşdü

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

Akif Nağı: Ramiz Mehdiyev şeytandır, onu daşlamaq lazımdır

Akif Nağı: Ramiz Mehdiyev şeytandır, onu daşlamaq lazımdır

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunan və barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilən Ramiz Mehdiyevin planlaşdırdığı "çevrilişi" həyata keçirmək üçün Rusiyanın müəyyən strukturlarının rəhbərlərinə ünvanladığı məktubun mətni yayılıb. Həmin fakt Ramiz Mehdiyevin həqiqətən də xarici ölkənin köməyi ilə Azərbaycanda hakimiyyət çevriliş etmək xülyasına düşdüyünü göstərir.

Mehdiyev məktubda yazıb ki, dövlət idarəetməsinin yeni təsvirini və prinsiplərini hazırlayarkən ilk növbədə Azərbaycan xalqının siyasi psixologiyasını, dövlətdən ənənəvi gözləntilərini nəzərə almaq, ölkənin hərtərəfli inkişafına maneə yaradan sosial-iqtisadi həyat sistemindəki durğunluğun əsl səbəblərini başa düşmək və aradan qaldırmaq lazımdır: "Hakimiyyət, ümumi qəbul edilmiş demokratik prinsiplərə əsasən, üç qoldan ibarət olacaq: qanunverici, icraedici və məhkəmə. Bu hakimiyyət qollarının fəaliyyətinə nəzarəti cəmiyyətdə nüfuz sahibi olan 50 nəfər görkəmli və təcrübəli dövlət xadimləri, iqtisadçılar, hüquqşünaslar, elm və mədəniyyət nümayəndələrindən ibarət Dövlət Şurası təmin edəcək"...

Bəs, bu şura nə anlama gəlir? Ümumiyyətlə, təxmini olaraq Mehdiyevin nəzərdə tutduğu 50 nəfər komandada kimlər ola bilərdi? Onlar da müttəhim kimi prosesə cəlb oluna bilərmi? Mehdiyevin bu məktubu Rusiyada hansı ünvana göndərməsi ehtimal olunur?

Oxu.Az ekspertlərlə mövzunu araşdırıb.

Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini, deputat Arzuxan Əlizadə bildirib ki, məktubun hansı ünvana göndərilməsindən asılı olmayaraq, xüsusi ilə də diqqət mərkəzində olan Rusiyaya yazılması dövlətə xəyanət elementlərini özündə əks etdirir:

"Azərbaycan prezidentli respublika quruluşu ilə idarə olunur. Konstitusiyadan kənar hansısa qurumun formalaşmasına cəhd hakimiyyəti zorla ələ keçirmək maddəsini özündə ehtiva edir ki, bu da cinayət əməlidir. Konstitusiya dəyişiklikləri belə referendum yolu ilə həyata keçirilir. Çünki konstitusiyamız xalqımızın iradəsini əks etdirən əsas qanunumuzdur və bu qanundan kənar hansısa qurumun formalaşdırılmasına cəhd, bununla bağlı xüsusi ilə də xarici ölkəyə müraciət olunması təbii ki, həm konstitusiya quruluşunun zorla dəyişdirilməsinə cəhd - dövlətə xəyanət kimi tövsif oluna bilər".

"Siyahıda "dövlət şurası" adlı amorf bir qurum yaradılması və 50 nəfərin təmsil olunacağı əks olunub. Bu özü də cinayət əməlidir. Ola bilər ki, hətta siyahıda adları nəzərdə tutulacaq şəxslərin bəlkə də sona qədər özlərinin də bundan xəbəri olmayıb. Yox, olubsa, artıq onlar da cinayətdə iştirakçıdırlar və cinayət əməlinin həyata keçirilməsinə cəhddə bilavasitə iştirak edən şəxslər kimi məsuliyyətə cəlb edilə bilərlər. Hələ bu ittihamlar irəli sürüləndə mən mövqeyimi bildirərək demişdim ki, bu cür cinayət əməllərini təkbaşına etmək mümkün deyil. Müəyyən bir çevrə var, onların da bu prosesdə iştirakı sona qədər araşdırılmalı, istintaqla cinayət əməlində iştirak edən şəxslərin dairəsi müəyyən edilərək məsuliyyətə cəlb olunması təmin edilməlidir. Yəqin ki, belə də olacaq", - deyə deputat vurğulayıb.

Onun sözlərinə görə, Ramiz Mehdiyev uzun müddət ən vacib dövlət postlarının birində fəaliyyət göstərib deyə, məktubda nəzərdə tutulan siyahıda müxtəlif spektrlı adamların ola biləcəyi ehtimalı istisna edilmir:

"Amma onların adlarını çəkmək mümkün deyil. Çünki zamanında vəzifəsinə görə Ramiz Mehdiyevlə isti münasibətləri olan şəxslər ola bilər ki, bu gün Azərbaycan dövlətçiliyinə sadiqdirlər. Ramiz Mehdiyev uzun müddət mühüm dövlət vəzifəsində işlədiyi şəxs üçün kimə gəldi müraciət etməzdi. Bu prosesdə ona dəstək olacaq qüvvəyə müraciət edib. Rusiyanın dövlət quruluşunu nəzərə alaraq, ona dəstək olacaq qüvvənin mütləq mənada Rusiya prezidenti olduğunu deyə bilərik. Yəni Rusiya prezidentinin xəbəri olmalı idi ki, Ramiz Mehdiyevin xülyaları, istəkləri reallaşmış olsun".

Azad Vətən Partiyasının sədri, tarix elmləri doktoru Akif Nağı isə bildirib ki, Ramiz Mehdiyev o qədər cinayətlərə imza atıb ki, kimin nə məlumatı və qəzəbi varsa, deməlidir:

"Yəni insanlar Azərbaycan dövlətçiliyinə qarşı cinayət törətmiş şəxslə bağlı fikirlərini deməkdən yorulmamalıdır. Necə ki, insanlar şeytanı daşlamaqdan yorulmur və usanmırlar, bu da ona bənzər bir məsələdir. Ramiz Mehdiyev də şeytandır, onu daşlamaq lazımdır. İfadəm buna bənzərdir. Hətta kim onunla əməkdaşlıq edibsə, az da olsa vicdanları tərpənsin və etiraf etsinlər".

"Ramiz Mehdiyevin çevriliş edib dövlət şurası yaratmağa gücü çatmazdı. O, Rusiyanın sifarişini yerinə yetirib. Moskvanın sifarişi ondan ibarət olub ki, Azərbaycanla münasibətlər gərgin olduğu bir dövrdə ölkənin müxtəlif yerlərində insanları dövlətə qarşı ayağa qaldırmaqla Azərbaycan hakimiyyətini Rusiyanın təzyiqləri qarşısında susmağa vadar etsin. Rusiya göstərməyə çalışıb ki, Azərbaycanın daxilində də nizam-intizamı poza bilər. Amma Azərbaycan dövlətinin kifayət qədər güclü mövqeyi var və hansısa ramizmehdiyevlərin burada çevriliş etməsi mümkün deyil. Sadəcə olaraq, təxribat görüntüsü yarada bilərdilər ki, bunu da mən Rusiyanın sifarişi hesab edirəm. Ona görə də araşdırma aparılmalıdır ki, siyahıda kimlər olub. Belə söhbətlər gəzir ki, Ramiz Mehdiyevin dırnaqarası komandası həm vəzifədə, həm də müxalifətdə olanlardan ibarət olub", - deyə A.Nağı biıdirib.

Müsahibimiz əlavə edib ki, bu məktubda elə məqamlar var ki, hadisələrin mahiyyətini açmaq üçün ciddi mənbə rolunu oynaya bilər:

"Çünki Rusiyada elə bir idarəçilik var ki, orada bir prezidentin xəbəri olmadan heç bir addım atmaq olmaz".

Mərahim Nəsib

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:214
embedMənbə:https://oxu.az
archiveBu xəbər 28 Oktyabr 2025 13:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see402

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see386

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see316

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see311

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see221

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see218

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see218

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see216

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see211

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see198

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see192

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see190

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see185

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see184

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see183

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see182

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see178

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see173

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see168

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri