Icma.az
close
up
RU
Zahid Oruc Ramiz Mehdiyev İstintaqının Kölgəsində Qohumluq Bağları və Siyasi Himayə İddiaları

Zahid Oruc Ramiz Mehdiyev İstintaqının Kölgəsində Qohumluq Bağları və Siyasi Himayə İddiaları

Hurriyyet portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət), 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunaraq cinayət məsuliyyətinə cəlb edilməsi, oktyabrın 17-də Dövlət Təhlükəsizliyi Xidmətininin İstintaq Baş İdarəsində 7 saata yaxın müstəntiqlərin suallarını cavablandırması bu şəxsin məsuliyyətdən yayına bilməyəcəyi qənaətini gücləndirir. Lakin, cəmiyyəti düşündürən əsas suallardan biri Ramiz Mehdiyevin uzun illər ərzində dövlət strukturlarına yerləşdirdiyi kadrların aqibətinin necə olacağıdır. Keçmiş təhsil naziri Misir Mərdanov "Unikal"a açıqlamasında deyib ki, Ramiz Mehdiyev 1995-ci ildən 2019-cu ilə qədər Prezident Administrasiyasının rəhbəri vəzifəsində olub. “Kifayət qədər qohum-əqrabası, ətrafı, yaxın bildiyi adamlar vəzifədə olub və bu gün də onların böyük əksəriyyəti vəzifədə qalırlar.” Misir Mərdanov bildirib ki, istintaq orqanı bu şeyləri üzə çıxarıb və onlar barədə də müvafiq tədbirlər görməlidirlər.

Professor Cümşüd Nuriyev “Reytinq” qəzetinə açıqlamasında Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin 900-dən çox şəxsi yüksək vəzifələrə yerləşdirdiyini bildirib. Professor Cümşüd Nuriyev bildirib ki, R. Mehdiyevə yaxın olan10-dan çox icra başçısı, 30-a yaxın deputat var. 

Dövlətə xəyanət ittihamı da daxil olmaqla ağır cinayətlərdə şübhəli bilinən Ramiz Mehdiyevə yaxın deputatların sırasında Zahid Orucun da adı çəkilir. “Ramiz Mehdiyev əqidəsinə və siyasi idealarına yüksək sədaqəti ilə seçilən həqiqi dövlət adamıdır”-sözləri də Zahid Oruca aiddir. Ümumiyyətlə, Zahid Oruc azsaylı deputatlardan biridir ki, daima Ramiz Mehdiyevin təbliğatı ilə məşğul olub. Bu məslədə Zahid Oruc yalnız  “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqovdan geri qalır. Bu da təsadüfi deyil. Hər iki şəxsin deputat seçilməsi Ramiz Mehdiyevin sayəsində olub. Məlumatlara görə, Milli Məclisinin keçmiş sədri Oqtay Əsədovun siyasi karyerasının sonunu gətirən məqam də Zahid Orucla bağlıdır. Belə ki, Oqtay Əsədov  Zahid Orucu “səviyyəsiz” adlandıraraq onun töhmətləndiriməsinə nail olmuşdu. Bu isə Zahid Orucun hamisi Ramiz Mehdiyevi qəzəbləndirmişdir. Bundan sonra Oqtay Əsədova qarşı intiraqları işə salan Ramiz Mehdiyevin onun “vurulmasına” nail olmuşdur. 

Ramiz Mehdiyev Zahid Orucu Ana Vətən Partiyasının sədri, prezident İlham Əliyevin ən sədaqətli tərəfdarlarından biri kimi tanınan Fəzail Ağamlının mövqelərinin zəiflədilməsi üçün istifadə etmişdir. 

İddialara görə, Ramiz Mehdiyevlə Zahid Orucu qohumluq əlaqələri birləşdirir. Təsdiqlənməmiş məlumata görə, Zahid Orucun həyat yoldaşı Şəhla xanım Ramiz Mehdiyevin əqrəbalarındandır. Gədəbəydə anadan olumş Zahid Orucun Bərdədən deputat seçilməsi də həyat yoldaşının ailəsinin Bərdədə yaşaması ilə izah edilir. Zahid Orucun həyat yoldaşının yaxın qohumlarının yüksək vəzifələrdə çalışması və çox böyük sərvətə malik olması haqqında məlumatlar onun Ramiz Mehdiyevə bu xətlə qohum olduğunu təsdiqləyir. Bütün bu məlumatlar heç şübhəsiz ki, Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsinin araşdırmalı olduğu məqamlardandır. Biz isə bu mövzuda jurnalist araşdırmasını davam etdirməyə və istintaqa fayda verməyə çalışacağıq. Çünki, professor Cümşüd Nuriyevin dediyi kimi, 14 Oktyabr – Ramiz Mehdiyevin həbsi günü siyasi müstəqilliyimizin zəfər günüdür. Bu zəfər günün üzərinə düşməməsi üçün hər bir şəxs əlindən gələn köməyi Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsinə göstərməlidir.

A. Nəbiyev

Sozcu.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:137
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 18 Oktyabr 2025 15:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri