FCSB nin baş meneceri Qurban Qurbanovu nümunə göstərdi
Icma.az, sport24.az portalına istinadən məlumatı açıqlayır.
Rumıniyanın FCSB klubunun baş meneceri Mihai Stoica komandanın baş məşqçisi Elias Xaralambousu Qurban Qurbanovla müqayisə edib. Sport24.az xəbər verir ki, yerli mətbuata açıqlama verən 59 yaşlı funksioner mütəxəssisin klubdan ayrılmaq ehtimalı barədə sualı cavablandırıb.
Stoica Kiprdən olan baş məşqçinin yalnız bir səbəbə görə göndərilə biləcəyini söyləyib: "Məşqçilər nə vaxt Rumıniya futbolunda Qurban Qurbanov qədər (red-17 il) bir komandada çalışıb? Heç bir klubda belə hal olmayıb. Varsa, mənə deyin. Hələlik Elias iki ildir ki, buradadır. Əgər bu qədər uzun müddət ailəsindən uzaq qalmağa dözə bilərsə...Məncə, yeganə maneə budur. Əks halda heç kimin onun qalmamasını arzulayacağını düşünmürəm".
Qeyd edək ki, "Qarabağ" Avropa Liqasının Liqa mərhələsində Bakıda FCSB-yə uduzub - 2:3.
Baxış sayı:78
Bu xəbər 01 Mart 2025 14:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















