Rusiya mətbuatı Qurban Qurbanovu bu kluba namizəd göstərdi
Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Qurban Qurbanov Rusiyanın bir tanınmış media qurumu tərəfindən ölkənin tanınmış klubunun baş məşqçi vəzifəsinə namizəd kimi göstərilib.
QOL.az xəbər verir ki, bu haqda “Sport den za dnem” nəşrinin yazısında qeyd olunub. Söhbət Moskvanın “Spartak” komandasından gedir.
Həmçinin bir neçə başqa əcnəbi mütəxəssisin də adı çəkilib.
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanova gəlincə, yazıda bildirilib:
“Qurban Qurbanov ən gözlənilməz, amma maraqlı variantdir: əcnəbi məşqçi olsa da, rus dilini bilir və postsovet məkanında işləmək təcrübəsinə sahibdir. 1999–2001-ci illərdə Qurbanov Rusiyada “Baltika” və “Fakel” komandalarında çıxış edib, daha sonra isə Rusiya futbolu ilə yolu kəsişməyib. Bununla belə, o, “Qarabağ”da rusiyalı futbolçular, o cümlədən milli komandanın qapıçısı Andrey Lunyovu çalışdırıb və bu klubla avrokuboklarda uğurla çıxış edib. Son vaxtlar Rusiya ilə Azərbaycan arasında siyasi münasibətlərdə hər şey qaydasında olmasa da, məlumdur ki, idman siyasətdən kənardır”.

