Federasiya rəsmisi güləşçiyə “satqın” dedi Xetaq Qazyumov etiraz etdi (VİDEO)
Mia.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Slovakiyanın paytaxtı Bratislavada keçirilən sərbəst güləş üzrə Avropa çempionatının mükafatlandırma mərasimi zamanı qalmaqal yaşanıb.
Mia.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Rusiya İdman Güləşi Federasiyasının prezidenti Mixail Mamiaşvili Albaniyanı təmsil edən osetin əsilli güləşçi Çermen Valiyevə medal verərkən onu “satqın” adlandırıb.
Federasiya rəsmisi əsəbi şəkildə medalı idmançının boynundan asıb. Ç.Valiyev də buna etirazını bildirib.
Hadisənin şahidlərindən biri Azərbaycan millisinin baş məşqçisi Xetaq Qayzumov da rusiyalı nümayəndəyə öz etirazını bildirib. Nəticədə ara qarışıb və qalmaqal paltardəyişmə otağına qədər davam edib.
Qeyd edək ki, 74 kq çəki dərəcəsinin finalında Çermen Valyev məhz Rusiya təmsilçisi Zaurbek Sidakova qalib gələrək Avropa çempionu adını qazanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 10 Aprel 2025 10:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















