Xetaq Qazyumov: “Sərbəst güləşçilərimiz İslam Oyunlarına tam hazırdır”
Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Sərbəst güləş üzrə baş məşqçi Xetaq Qazyumov Azərbaycan millisinin VI İslam Həmrəyliyi Oyunlarında hazırlıq prosesindən danışıb.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasından məlumat verilib.
O bildirib ki, hazırlıq plan üzrə gedir və dünya çempionatından sonra iki təlim-məşq toplanışı keçirilib. “Fiziki hazırlıq və gücə dayalı toplanışın ardınca taktiki-texniki çalışmalara üstünlük verdik. Yoxlama görüşləri keçirdik və milli üzvlərinin hazırlıq səviyyəsini nəzərdən keçirdik. Allaha şükürlər olsun ki, zədəli güləşçilərimiz yoxdur”, - Qazyumov deyib.
Baş məşqçi əlavə edib ki, idmançılar dincəlib və bərpa prosesi uğurla başa çatıb: “Ümid edirik ki, azarkeşlərin etimadını doğruldacağıq. Təbii ki, idmançı ilboyu pik səviyyədə ola bilməz. Ancaq İslam Oyunları böyük yarışdır və bu baxımdan xüsusi motivasiyaya ehtiyac yoxdur”.
O, yarışın çətinliklərinə də diqqət çəkib: “Eşitdiyimə görə, orada indi çox istidir. Deməli, biz həm də hava şəraitiylə mübarizə aparmalıyıq. Sözsüz ki, əsas rəqib İran güləşçiləridir. Legionerlərdən təşkil edilmiş Bəhreyn və Albaniya komandalarını, həmçinin Türkiyə millisini də ciddi rəqib görürük. Rəqibləri fərdi qaydada təhlil edirik. Ümid edirik ki, hər şey yaxşı olacaq”.
Qeyd edək ki, İslam Oyunlarında güləş yarışları noyabrın 18-dən 21-dək keçiriləcək. Azərbaycanı İslam Həmrəyliyi Oyunlarında təmsil edənlərdən biri də I dərəcəli hakim Bəşir İsazadə olacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:36
Bu xəbər 14 Noyabr 2025 11:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















