Icma.az
close
up
RU
Fəlakət ssenarisi: 30 milyon insanın həyatı təhlükə altındadır

Fəlakət ssenarisi: 30 milyon insanın həyatı təhlükə altındadır

Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İqlim dəyişikliyi və təbii fəlakətlər XXI əsrin ən böyük qorxusudur. 2100-cü ilə qədər 30 milyon insanın bu səbəbdən həyatını itirəcəyi gözlənilir. İsti dalğalara, qida çatışmazlığına və havanın çirklənməsinə qarşı mübarizə aparmalı olan bəşəriyyət təcili tədbirlər görməsə, fəlakətlə üzləşəcək.

Ölkə.az Qaynarinfo-ya istinadən xəbər verir ki, alimlər iqlim dəyişikliyinin və havanın çirklənməsinin təsirləri ilə bağlı apardıqları araşdırmalarda qorxulu mənzərə yaradıblar. Maks Plank Kimya İnstitutunun mütəxəssisləri tərəfindən aparılan araşdırmaya görə, bu iki amilin 2100-cü ilə qədər təxminən 30 milyon insanın ölümünə səbəb ola biləcəyi təxmin edilir. 

Tədqiqat 2000-2090-cı illər arasında 10 illik fasilələrlə məlumatların təhlili yolu ilə həyata keçirilib. Tapıntılar göstərir ki, ölümlər xüsusilə Cənubi və Şərqi Asiyada cəmləşəcək. Bölgənin qocalması və havanın çirklənməsi ilə bağlı davamlı problemlər bu pessimist proqnozun əsas səbəblərindəndir.

Qərbi Avropa, Şimali Amerika, Avstraliya və Asiya-Sakit okean hövzəsi kimi yüksək gəlirli regionlarda ekstremal temperaturlara görə ölümlərin havanın çirklənməsi səbəbindən ölümlərdən çox olacağı gözlənilir. Xüsusilə ABŞ, İngiltərə, Fransa, Yaponiya, Yeni Zelandiya kimi ölkələrdə bu tendensiya artıq özünü göstərməyə başlayıb. 

Birləşmiş Millətlər Təşkilatının dərc etdiyi son hesabatda xəbərdarlıq edilir ki, əsrin sonuna qədər bütün dünyada temperatur 3,1 dərəcə arta bilər. Bu artım "fəlakət ssenarisi" hesab edilir. 

Dr. Andrea Pozzer bu mövzuda təəccüblü statistik məlumatları paylaşıb:
 

"2000-ci illərdə həddindən artıq isti və soyuq hava şəraiti səbəbindən hər il təxminən 1,6 milyon insan həyatını itirməyə başladı. Əsrin sonuna qədər bu rəqəmin 10,8 milyona yüksələcəyi gözlənilir ki, bu da təxminən 7 dəfə artım deməkdir".
 

Mütəxəssislər vurğulayırlar ki, iqlim dəyişikliyi və havanın çirklənməsi ilə mübarizə üçün daha güclü siyasət həyata keçirilməyincə bu cür ölüm halları qaçılmazdır. Bu, xüsusilə əhalinin sıx məskunlaşdığı və aztəminatlı ərazilərdə yaşayan insanlar üçün böyük təhlükə yaradır. Mütəxəssislər qeyd edirlər ki, lazımi ehtiyat tədbirləri görülməsə, dünyada təkcə səhiyyə sahəsində deyil, həm də iqtisadiyyat və sosial həyatda ciddi fəsadlar yarana bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://olke.az
archiveBu xəbər 24 Noyabr 2024 19:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see330

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see322

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see313

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see272

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see269

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see254

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see249

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see248

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see236

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see234

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see214

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see212

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see211

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see206

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see195

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see194

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see184

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri