Icma.az
close
up
RU
“Fələstin tam azad olunmayınca, İran sakit dayanmayacaq“ Abbas Araqçı

“Fələstin tam azad olunmayınca, İran sakit dayanmayacaq“ Abbas Araqçı

Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Fələstin xalqının mübarizəsinə və müqavimət hərəkatına dəstəyimiz sarsılmazdır..."

İran HƏMAS və İordan çayının Qərb sahili ərazisi və Qəzza bölgəsində fəaliyyət göstərən HƏMAS və digər silahlı qruplaşmalara dəstəyini davam etdirəcək.

Moderator.az xəbər verir ki, bu barədə İran xarici işlər naziri Abbas Araqçının Qətərdə HƏMAS nümayəndə heyətinin rəhbəri Mücahid Məhəmməd Dərvişlə görüşünün nəticələrinə dair bəyanatda deyilir.

Qeyd edilir ki, bu dəstək "Fələstinin İsrail işğalından tam azad olunması və Fələstin dövlətinin yaradılmasına qədər" davam edəcək. Dərviş həmçinin Əbu-Ömər Həsən kimi tanınan, HƏMAS Şurasının rəhbəridir.

HƏMAS-ın "Telegram- kanal"ına istinadən verilən məlumata görə, Dərviş İrana Fələstin xalqına göstərdiyi dəstəyə görə təşəkkür edib və "Müqəddəs Əl-Əqsa Tufanı" əməliyyatını İsrail işğalına qarşı mübarizədə mühüm mərhələ kimi qiymətləndirib.

Görüşdə siyasi və regional vəziyyət, Qəzza bölgəsində atəşkəs razılaşmasının icrası və əsirlərin mübadiləsi, İsrailin  Qəzzanın bərpasını ləngitmək və humanitar yardımları məhdudlaşdırmaq cəhdləri müzakirə edilib.

HƏMAS  mətbuat katiblərinin məlumatına görə, İran XİN rəhbəri İranın Fələstin xalqının mübarizəsinə və müqavimət hərəkatına dəyişməz dəstəyini təsdiqləyib. Onun sözlərinə görə, bu mübarizə "məğlubedilməz İsrail ordusu" mifini darmadağın edib.

İran Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub ki, İslam Respublikası Fələstin xalqının öz müqəddəratını təyin etmə hüququnu tam təmin edənədək və Fələstin işğaldan azad olunana qədər müqavimətə dəstək verməkdə davam edəcək.

XİN-in məlumatına görə, Araqçi görüş zamanı İranın Ali dini lideri Əli Xameneinin müqavimət liderlərinə və Fələstin xalqına təbriklərini çatdırıb. O, vurğulayıb ki, Qəzza xalqının qəhrəman müqaviməti sionist rejiminin təcavüzünü dayandırmağa və müqavimət qüvvələrinin şərtləri ilə atəşkəs əldə etməyə imkan verib.

Qəzzada atəşkəs və əsir mübadiləsi

Xatırladaq ki, Qəzza zolağında atəşkəs rejimi yanvarın 19-da qüvvəyə minib. Həmin gün HƏMAS Beynəlxalq Qırmızı Xaç Komitəsinə ilk əsir qrupunu- üç israilli qadını təhvil verib. Bunun müqabilində İsrail həbsxanalarından 90 fələstinli məhbusu azad edib.

Yanvarın 25-də isə dörd israilli qadın hərbi qulluqçu Qəzza zolağından azad edilib. Buna cavab olaraq İsrail daha 200 fələstinli məhbusu azad edib. 114 nəfər İordan çayının Qərb sahilindəki fələstinli yaşayış məntəqələrinə qayıdıb. 16 nəfər Qəzzaya göndərilib, 70 nəfər isə Misirə deportasiya edilib.

Son olaraq, 30 yanvarın 30-da İsrail Ali Məhkəməsi HƏMAS-la razılaşma çərçivəsində 110 fələstinli məhbusun azad edilməsi ilə bağlı şikayətləri rədd edib. Nəticədə 66 məhbus İordan çayının qərb sahilinə, 14 nəfər Şərqi Qüdsə, 9 nəfər Qəzzaya göndərilib, 21 nəfər isə xaricə sürgün edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:233
embedMənbə:https://moderator.az
archiveBu xəbər 01 Fevral 2025 00:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri