Icma.az
close
up
RU
Fələstin tərəfdarları Meyvezerə hücum etdilər

Fələstin tərəfdarları Meyvezerə hücum etdilər

Icma.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.

47 yaşlı amerikalı boksçu, dəfələrlə dünya çempionu olmuş Floyd Meyvezer Londonda hücuma məruz qalıb. Bu haqda xəbəri “The Sun” yayıb. Həmin nəşr bildirir ki, bədniyyətlilər Fələstin tərəfdarı olub, hücum isə boksçunun Qəzzada yaranan vəziyyətə dari mövqeyi ilə bağlıdı. Alış-veriş etmək üçün Londondakı zərgərlik dükanlarından birinə daxil olan Meyvezer məhz orda hücuma məruz qalıb. Parlaq yaşıl rəngli gödəkçə geyən Floyd dərhal ətrafdakıların diqqətini çəkib. Şahidlərin dediyinə görə, 8-9 adam ona hücum edərək təhqir etməyə və İsrailə dəstək verməsinin səbəbini soruşmağa çalışıb.

Meyvezer özünü itirməyərək mövqeyi ilə qürur duyduğunu deyib. Bundan sonra münaqişə başlayıb. Fələstin tərəfdarları, eləcə də boksçunun mühafizəçiləri küçəyə çıxaraq münasibətləri aydınlaşdırmağa çalışıb. Floyd özü zərər çəkməyib – mühafizəçilər onu vaxtında maşına otuzdura bilib, idmançı yüngülvari zərbə alıb.
“The Sun” şahidlərdən birinin sözlərinə yer verib:

“Meyvezer onu müşayiət edən şəxslərlə birgə vitrinlərə baxırdı. Orda əsasən asiyalılar var idi. Onlardan biri qışqırdı ki, baxın, o, genosidi dəstəkləyir! Dərhal dükanda olan başqa müştərilər müdaxilə etdi. Kütləvi dava-dalaş oldu. Adamlar Floydu tutmaq və vurmaq üçün itələşirdilər. Mühafizəçilər Meyvezeri çıxışa doğru yönəltdilər və zərbə gördülər. Ardından Floydu “Rolls-Royce” maşınına əyləşdirdilər. Maşın küçəni tərk edəndə içki qabları onun üzərinə uçdu. Genosiddə ittiham olunan boksçu çox danışmadı, sadəcə, ətrafındakılara dedi ki, “burdan çıxıb gedək”. Orda 20-30 adam var idi, təxminən 10-15-i hücum edirdi”.


Yeri gəlmişkən, Floyd özü hansısa ziyan görməsini təkzib edib:

“Vəziyyəti aydınlaşdırmaq istəyirəm. Şayiələr reallığı əks etdirmir. Məni nə vurublar, nə də mənə toxunublar. Mühafizəçilər vəziyyəti nəzarət altında saxlayırdı. Böyük Britaniyaya 48 saatlığa, şopinq etmək üçün gəlmişdim, təəssüf ki, neqativ adamlar saxta tarixçələr uydurdular”.


Fələstin tərəfdarlarının belə reaksiyası gözlənilən idi, axı Floyd dünya idmanında İsrailin ən qatı tərəfdarlarından biridi. Bu hücumdan bir neçə gün əvvəl “Mayweather Israel Initiative” adlı xeyriyyə fondu yaradıb, məqsəd hər israilli yetimə doğum günündə hədiyyə verməkdi. Amerikalının dəstəyi bununla da bitmir. O, oktyabrda yollandığı İsraili “evimdən uzaqdakı evim” adlandırmışdı. Bundan başqa, Floyd hərbi bazaya baş çəkib, yaralı israilli əsgərləri ziyarət edib, hətta bu ölkənin baş naziri Benyamin Netanyahu ilə də görüşüb. Boksçu 75 yaşlı baş nazirlə görüşdə belə deyib:

“Bu gün sizlə görüşmək mənim üçün şərəf oldu. Sizin gücünüzün və mətanətinizin tayı-bərabəri yoxdu, yəhudi xalqının və İsrail vətəndaşlarının müdafiəsinə sadiqliyiniz isə adamı ruhlandırır”.


Karyerasını 2017-də bitirən amerikalı o vaxtdan bəri bəzən sərgi döyüşlərinə qatılır, ancaq daha çox bizneslə məşğuldu. Meyvezer planetin ən zəngin idmançılarından biri kimi tanınır. Onun elit səviyyəli daşınmaz əmlakları, idman komandaları, fitnes zalları və başqa aktivləri var.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:258
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 26 Dekabr 2024 22:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see794

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see546

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see328

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see306

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see300

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see300

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see285

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see273

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see271

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see262

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see256

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see249

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see244

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see239

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see214

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see214

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see202

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see197

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see194

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri