Fələstinli nazir Bakıdakı tələbəlik həyatından DANIŞDI
Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Fələstinin yerli idarəetmə naziri Sami Həccavi 39 ildən sonra yenidən tələbəlik həyatını yaşadığı Bakıya qayıdıb.
Redaktor.az xəbər verir ki, Bakıda keçirilən Dünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) iştirak üçün Azərbaycana səfər edən Sami Həccavi globalinfo.az-a müsahibəsində Bakını 1987-ci ildə tərk etdiyini söyləyib.
“Yenidən Bakıda olduğum üçün çox şadam. Bakını 1987-ci ildə tərk etmişəm, demək olar ki, 39 il əvvəl. Yenidən Bakının xatirələrini, küçələrini, tələbə yoldaşlarımı və müəllimlərimi yada salmaq mənim üçün böyük şərəfdir”.
Keçmiş tələbə Bakıda yaşadığı illəri xatırlayaraq qeyd edib ki, Yasamal rayonunun Musabəyov küçəsində yerləşən tələbə yataqxanasında müxtəlif ölkələrdən olan gənclərlə birlikdə qalıb.
O, səfəri çərçivəsində təhsil aldığı universiteti də ziyarət edəcəyini deyib: “Ayın 19-da universiteti ziyarət edəcəyəm. İndi həmin universitet Azərbaycan Memarlıq və İnşaat Universiteti adlanır. Rektorla görüş olacaq, həmçinin mexanika kafedrasını və Yasamaldakı yataqxananı da görəcəyəm”.
Sonda o, tələbə yoldaşları ilə görüşmək istədiyini vurğulayıb: “Təəssüf ki, hamının ünvanı məndə yoxdur. Amma çalışacağam ki, onlarla əlaqə saxlayım və Bakıda olduğumu bildirim. Ümid edirəm ki, onların bir çoxu ilə görüşəcəyəm”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:155
Bu xəbər 19 May 2026 12:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















