“Fələstinlilər geri qayıtmayacaqlar” Tramp
Yeniavaz saytından alınan məlumata görə, Icma.az bildirir.
“Fələstinlilər anklavın yenidən qurulması planı həyata keçirildikdən sonra Qəzza zolağına qayıtmaq istəməyəcəklər”.
Yeniavaz.com xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Fox News” telekanalına müsahibəsində deyib.
“Biz 1,9 milyon insan üçün yaşamaq üçün gözəl yerlər tikəcəyik. Bunu gələcək üçün daşınmaz əmlak layihəsi kimi düşünün”, - prezident bildirib.
Jurnalistin fələstinlilərin Qəzzaya qayıtmaq hüququ olub-olmayacağı ilə bağlı sualına Tramp belə cavab verib:
“Xeyr, onlar geri qayıtmayacaqlar, çünki daha yaxşı mənzilləri olacaq”.
ABŞ Prezidenti həmçinin öz planını həyata keçirmək üçün İordaniya və Misirlə razılığa gələ biləcəyinə əminliyini ifadə edib, çünki Vaşinqton onlara ildə milyardlarla dollar verir.
Qeyd edək ki, bundan əvvəl Amerika lideri bildirib ki, Birləşmiş Ştatlar Qəzzaya sahib çıxmalı və HƏMAS hərəkatının ora qayıtmamasını təmin etməlidir.
Baxış sayı:106
Bu xəbər 10 Fevral 2025 19:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















