Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

Samiq Sadıxov vəzifəsindən azad edildi

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

“Fələstinlilərə Yardım üzrə Yaxın Şərq Agentliyi BMT nin mandatı əsasında yaradılıb“ Rusiya XİN

“Fələstinlilərə Yardım üzrə Yaxın Şərq Agentliyi BMT nin mandatı əsasında yaradılıb“ Rusiya XİN

Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

"Agentlik fələstinlilərə təhsil, səhiyyə, sosial xidmətlər və qaçqın düşərgələrində həyat şəraitinin yaxşılaşdırılmasına xidmət edir..."

Rusiya İsrailin BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyinin öz ərazisində fəaliyyətini qadağan etmək qərarını pisləyir.

Moderator.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi bəyanatında deyilir. Məlumatı "vedomosti.ru"   nəşri yayıb.

Məlumatda deyilir ki, Rusiya XİN hesab edir ki, BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyinin işi (bundan sonra Agentlik-red.) Fələstin-İsrail münaqişəsinin yekun sülh nizamlanmasına qədər davam etməlidir.

"Moskva əmindir ki, onilliklər boyu işğal olunmuş ərazilərdə və qonşu ölkələrdə dinc fələstinlilər üçün dayaq olan, qaçqınların fundamental qayıdış hüququnun təminatçısı sayılan Agentliyin missiyası 1967-ci il sərhədləri çərçivəsində paytaxtı Şərqi Qüds olmaqla Fələstin dövlətinin yaradılmasını nəzərdə tutan yekun sülh nizamlanmasına qədər davam etməlidir", -  Rusiya XİN bəyan edib.

Nazirlik xatırladır ki, yanvarın 30-da Knesset tərəfindən qəbul edilmiş iki qanun qüvvəyə minib. Bu qanunlar BMT agentliyinin İsrailin "guya suveren ərazisində" fəaliyyətini qadağan edir və onun nümayəndələri ilə İsrailin əlaqə qurmasını yasaqlayır.

"İsrail hakimiyyəti artıq BMT Katibliyini məlumatlandırıb ki, Agentlik işğal altında olan Şərqi Qüdsdə fəaliyyətini dayandırmalı və 1950-ci ildən bəri mövcud olan Şeyx-Cərrah və Kalandiya məhəllələrindəki obyektlərini boşaltmalıdır. Bundan başqa, Agentliyin işğal olunmuş digər ərazilərdə- İordan çayının Qərb sahili və Qəzza bölgəsində fəaliyyətini davam etdirmək imkanları da sual altındadır. Bu isə yüz minlərlə uşaq, qadın və yaşlının taleyin ümidinə buraxılması deməkdir", - Rusiya XİN bildirib.

Nazirlik qeyd edir ki, Agentlik 75 ildən çox əvvəl yaradılıb və BMT Baş Assambleyasının mandatı əsasında fəaliyyət göstərir.

"Agentlik fələstinlilərə təhsil, səhiyyə, sosial xidmətlər, infrastrukturun yaxşılaşdırılması və qonşu ərəb ölkələrindəki (İordaniya, Livan, Suriya) qaçqın düşərgələrində həyat şəraitinin yaxşılaşdırılması istiqamətində kömək göstərmək üçün yaradılıb. Əvvəlcə 750 min nəfərə yardım nəzərdə tutulub, indi isə bu rəqəm 5,9 milyona çatıb", - Rusiya XİN izah edib.

Nazirlik vurğulayır ki, sözügedən qanunlar və onların icrası İsrailin beynəlxalq hüquq normalarını pozması deməkdir.

"İşğalçı dövlət (İsrail) işğal olunmuş əraziyə (Fələstin) suverenliyini yaymaq hüququna malik deyil. Habelə, İsrail 1949-cu il IV Cenevrə Konvensiyasına əsasən, müharibə dövründə mülki əhalinin müdafiəsi üzrə öhdəliklərini yerinə yetirmir. Üstəlik, İsrailin 1949-cu ildə BMT-yə qəbul olunmasına əsas olan 181 və 194 saylı BMT qətnamələri də pozulur", - Rusiya XİN bildirir.

"Fələstinlilər üçün ağır humanitar nəticələrə səbəb ola biləcək bu cür özbaşına addımlar dərin məyusluq doğurur və pislənməyə layiqdir", - nazirlik bəyan edib. Bundan əlavə, Rusiya XİN İsrailin Qəzza bölgəsi və İordan çayının Qərb sahilində həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində Agentliyin 273 əməkdaşının həlak olduğunu və bunun BMT tarixində ən böyük itkilərdən biri olduğunu qeyd edir.

Xatırladaq ki, yanvarın 25-də İsrailin BMT-dəki daimi nümayəndəsi Dani Danon təşkilatın baş katibini Agentliyin İsraildə fəaliyyətini yanvarın 30-dək dayandırmalı olduğu barədə məlumatlandırıb. Lakin yanvarın 31-də BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarik bildirib ki, Agentlik İsraildəki qadağaya baxmayaraq, Qəzza, İudeya və Samariya, eləcə də Qüdsün ərəb məhəllələrində fəaliyyətini davam etdirir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://moderator.az
archiveBu xəbər 03 Fevral 2025 00:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see312

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see261

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see252

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see239

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see236

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see204

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see201

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see183

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see174

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see164

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see153

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see152

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see151

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see149

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see129

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see127

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see126

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

01 Dekabr 2025 21:39see125

Samiq Sadıxov vəzifəsindən azad edildi

01 Dekabr 2025 14:54see125

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri