Icma.az
close
up
RU
Felipe Santos: Komandada onun xüsusiyyətlərinə malik başqa oyunçu yoxdur

Felipe Santos: Komandada onun xüsusiyyətlərinə malik başqa oyunçu yoxdur

Apasport saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Araz-Naxçıvan”ın legioneri Felipe Santos apasport.az saytına müsahibə verib.

- "Araz-Naxçıvan" "Səbail"lə görüşdə yaxşı oynadı. Amma qələbə qazana bilmədi. Səncə, niyə qələbə qazana bilmədiniz?
- Futboldur, bəzən hər cür nəticə olur. Sadəcə bu barədə nəsə izah vermək çətindir. Ola bilər ki, hazırda çempionatda ən yaxşı vaxtımızı keçirmirik. Amma qalib gəlmək üçün çalışmağa davam etməliyik. Hər şey qaydasındadır. Kollektivdə hamı bir nəfər kimi qələbə haqda düşünür və məşqlərdə də ən yaxşısına çalışırıq.

- Səncə, "Araz-Naxçıvan" "Səbail"lə oyunda bir xal qazandı, yoxsa iki xal itirdi? 
- Biz son 4 oyunda 9 xal itirmişik. Əlbəttə ki, gözlədiyimiz şey deyildi. Amma biz işləməyə davam edirik. İnamımız yüksəkdir. Xallarımızı yenə də qazanacağıq.

- "Araz-Naxçıvan" sonuncu dəfə 20-ci turda "Neftçi"ni məğlub edib. Həmin matçdan sonra nə baş verdi? Niyə "Araz-Naxçıvan" qələbə qazana bilmir?
- Ola bilər ki, belədir. Amma heç-heçə etdiyimiz oyunlarda qələbə qazanmağa layiq idik, 3 xala çox yaxın olmuşuq. Lakin qol vurmaq alınmayıb. Çətin olan da budur, qol vurmayanda qalib gəlmək olmur. Amma daha yaxşı olacağına inanıram.

- Ramon Maçadonun zədələnməsi komandanın nəticələrinə bu qədər təsir edir? Yoxsa, düşünürsən ki, yorğunluq var?
- Təbii ki, Ramonun da zədələnməsi çətinlik yaratdı. Çünki komandada onun xüsusiyyətlərinə malik oyunçu yoxdur. Hardasa texniki çatışmazlıq var. Çalışmağa davam edirik. 

- Bu mövsüm 8 qol vurmusan. Amma son matçlarda qol vurmaq alınmır. Bunu nə ilə əlaqələndirirsən? Hansı fərq var?
- Bu barədə özümdən çox şey tələb edirəm. Heç vaxt qol vurmadan bu qədər uzun müddət keçirməmişəm. Komandanın məndən də gözləntisi var. Təbii ki, bu dönəmi yaxşı bitirmək üçün daha çox çalışacam, komandama xeyir verməyi çox istəyirəm. 

- Araz-Naxçıvan" növbəti matçını ölkə kubokunda "Zirə"yə qarşı keçirəcək. Səncə, onları səfərdə məğlub edə biləcəksiz? 
- Çətin oyun olacaq, üstünlüyümüz var. İlk görüşdə qalib gəlmişik. Amma belə oyunlarda kimin qalib gələcəyini oyun başlamazdan əvvəl demək çətindir. Maraqlı oyun olacaq. Ümid edirəm ki, qalib gələcəyik, mərhələ adlayacağıq.

"Sumqayıt"dan 200-cü məğlubiyyət “Səbail”in 50-ci sülhü AFFA-dan “Turan Tovuz”a xəbərdarlıq "Braziliyada mənə “Neftçi” yox, “Qarabağ”dan danışırlar, təəssüf ki, “Neftçi” “öldü” “Qarabağ” rekordunu təkrarladı
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://apasport.az
archiveBu xəbər 24 Fevral 2025 16:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see500

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see451

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see350

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see291

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see286

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see275

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see257

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see249

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see242

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see235

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see228

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see224

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see220

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see217

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see215

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see208

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see205

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see204

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see187

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri