Felipe Santos: Yunanıstandan qələbə ilə dönəcəyimizə inanıram
Icma.az bildirir, Idman.biz portalına istinadən.
"Bu, bizim yeni mövsümdə ilk rəsmi matçımız idi və yaxşı oyun göstərdik".
İdman.biz xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında “Araz-Naxçıvan” klubunun braziliyalı yarımmüdafiəçisi Felipe Santos UEFA Avropa Konfrans Liqasının II təsnifat mərhələsində Yunanıstanın “Aris” klubuna 2:1 hesabı ilə qalib gəldikləri ilk oyun barədə danışarkən deyib.
Santos qələbəyə görə xoşbəxt olduğunu bildirib: “Komandamız əzmkar mübarizə apardı. “Araz-Naxçıvan”ın avrokuboklarda ilk qolunu vurduğuma görə çox sevincliyəm. Əsas olan komandamın meydanı qələbə ilə tərk etməsi idi və bunu da bacardıq. İndi özümüzü toparlayıb cavab matçında da uğurlu nəticə qazanmaq istəyirik. Rəqibin güclü tərəfləri var, amma mərhələni keçmək üçün əlimizdən gələni edəcəyik”.
Braziliyalı futbolçu Konfrans Liqasında daha irəli getmək istədiklərini də vurğulayıb: “Bizim bunu bacaracaq komandamız var. Sadəcə, xarakterimizi qoruyub saxlamalıyıq. İnanıram ki, Yunanıstanda da qələbə qazanıb Azərbaycana tarixi zəfərlə dönəcəyik”.
Qeyd edək ki, komandalar arasında cavab görüşü iyulun 31-də Yunanıstanda keçiriləcək.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 25 İyul 2025 11:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















