Icma.az
close
up
RU
“Bu gün ölkəyə ixrac olunan bütün ideoloji tör töküntü...”

“Bu gün ölkəyə ixrac olunan bütün ideoloji tör töküntü...”

Adelet.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Nədən bizim insanlar kənardan gələn və hazır kimliklər bəxş edən ideoloji propaqandalara tez qucaq açır? Müstəqil dövlət hələ müstəqil xalq demək deyil. Ölkə bir saatın içində də müstəqillik əldə edə bilər, amma xalq uzun illər müstəmləkəçiliyin komfort zonalarından çıxmaq istəməz. Servantes, Stendal, Flober, Prust və Dostoyevskinin əsərlərini təhlil edən fransız filosofu Rene Girard “Romantik Yalan və Roman Həqiqəti” kitabında "Mimetik arzu" deyə bir nəzəriyyə irəli sürür”. 

Adalet.az xəbər verir ki, bunu yazıçı Aqşin Yenisey deyib. 

O, daha sonra bunları əlavə edib:

“Girard deyir ki, Don Kixot öz fərdi azadlığını tələbə Amadisin bilgilərinə qurban vermiş cəngavərdir.Onun cəngavərliyinin hədəflərini cəngəvarlər haqqında xeyli roman oxumuş tələbə Amadis təyin edir. Onun yerinə hədəflər qoyub, qərarlar verən bu tələbə Don Kixot üçün cəngavərliyinin komfort zonasıdır. Özü cəhənnəm, nökəri Sanço Panzanı da Amadisin qoyduğu və arzuladığı hədəflərə sürüyür, ona gələcəkdə qubernatoru olacağı bir ada vəd edir.Girard yazır ki, başqasının arzusunu arzulamaq, ona can atmaq Don Kixotda və Sanço Panzada elə bir şiddətli və daimi hal alır ki, bunu öz iradələrinin istəyi kimi anlayırlar. Bu üçlü münasibətdə Amadis müstəmləkə idarəçiliyini, Don Kixot icraçı müstəmləkə xalqını, Sanço Pansa isə havayı quyruq yolu gözləyən kütləni təmsil edir”. 

A.Yeniseyin fikrincə, biz toplum olaraq indi Don Kixotun vəziyyətdəyik:

“Uzun illər bizim yerimizə arzulayan, qərarlar verən, hədəflər təyin edən bir müstəmləkəçiliyin yaratdığı komfort zonalardan imtina etməkdə çətinlik çəkirik. İllah bizim yerimizə düşünən, qərarlar verən, kimliklər istehsal edən biriləri olmalıdır. Eyni zamanda xəyalında, ən azı, qubertantoru olacağı bir ada gözləntisi ilə yaşayan Sançolardan ibarət bir kütləyə də sahibik. Bir sözlə, xırda istisnaları çıxmaqla arzularımız hələ də Girardın ədəbiyyat üzərindən şərh etdiyi başqasının "mimetik arzulardır". İşin fəlsəfəsindən ayrılıb reallığa qayıdaq. İdeoloji müdaxilələr xalqın, cəmiyyətin sahib olduğu keyfiyyətləri ya şişirdir, ya da kiçildir. Məsələn, faşizm almanların milli kimliyini kəllə-çarxa çıxarmışdı, bolşevizm, tam əksinə, azərbaycanlıların milli heysiyyatını az qala yox etdi. Daha sonra bolşevizmin özünün də yerində nəhəng bir ideoloji boşluq qaldı. Bu gün ölkəyə ixrac olunan bütün ideoloji tör-töküntü məhz həmin boşluğu doldurmağa çalışır. Kimin özünə lazım olmayan, hətta zərər görüdüyü nəyi varsa gətirib bizim o ideoloji boşluğa doldurmaq istəyir. Nə etməli? Sürətlə özümüzə aid hazır kimliklər yaratmalı və bu hazır kimlikləri emosional bir üslubla o boşluqda havayı paylamalı. Milli don kixotlarımızı və sanço panzalarımızı kənardan gələn amadislərin təsirinə düşməkdən məhrum etməli. Əks halda, bütün milli gicbəsərlərimiz onlara hədəflər qoyan və xəyali bir ada qubernatoru olmağı vəd edən çoxbilmiş bir Amadis tapacaq özünə. Və biz hər dəfə sıfırdan başlamalı olacağıq”.

Vasif ƏLİHÜSEYN

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:85
embedMənbə:https://adalet.az
archiveBu xəbər 30 Oktyabr 2026 10:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see372

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see356

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see346

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see321

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see309

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see306

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see281

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see276

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see269

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see264

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see248

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see242

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see242

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see240

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see236

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see234

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see229

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see227

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see218

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri