Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Bazar 60 faiz kiçilib...

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Fəlsəfə doktorundan abituriyentlərə ÇAĞIRIŞ: Bu ixtisasları SEÇİN

Fəlsəfə doktorundan abituriyentlərə ÇAĞIRIŞ: Bu ixtisasları SEÇİN

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

"Hazırda təhsil sahəsində aktual mövzulardan biri abituriyentlərimizin seçəcəkləri ixtisaslardır. Abituriyentlər ixtisas seçimində nəyə diqqət yetirməlidirlər? Hansı ixtisasları seçərkən hansı nüanslara diqqət etməlidirlər ki, həm gələcək üçün ixtisaslı kadr kimi yetişsinlər, həm də topladıqları bala uyğun uğurlu nəticə göstərə bilsinlər? Mənim şəxsi qənaətim bundan ibarətdir ki, hər bir abituriyentin seçdiyi ixtisasdan öncə diqqət yetirəcəyi bir neçə mühüm məqam var. Onlardan birincisi topladığı bala uyğun ixtisas seçməsidir. Keçid balı var və abituriyentin topladığı bal var. Buna uyğun qarşılıqlı müqayisə aparmaq, daha sonra ixtisas seçimini etmək lazımdır".

Bu fikirləri Redaktor.az-a açıqlamasında  Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsinin dosenti, tarix üzrə fəlsəfə doktoru Rəşad Qardaşov dedi.

Onun sözlərinə görə, abituriyent öz maraq və bacarıqlarını da nəzərə almalıdır:

"Bu insanın marağı hansı sahəyədir, bacarığı hansı istiqamətə uyğundur? O, hansı sahədə daha uğurlu ola bilər? Hansı sahələr daha perspektivlidir və özünü hansı istiqamətdə görür? Bu məsələlərə xüsusi diqqət yetirməlidir. Ən böyük diqqət yetiriləcək nüanslardan biri də seçiləcək ixtisasın gələcək imkanlarıdır. Bu ixtisas gələcəkdə hansı imkanları vəd edir, perspektivi nədən ibarətdir? Əslində, pis ixtisas yoxdur, hər bir ixtisas öz peşəkarını axtarır. Hər hansı bir ixtisası dərindən bilmək cəmiyyətə xidmət etmək deməkdir. Lakin gələcək imkanlar da abituriyent tərəfindən mütləq nəzərə alınmalıdır".

Rəşad Qardaşov vurğuladı ki, abituriyentin diqqət yetirəcəyi əsas məsələlərdən biri də universitet və tədris şəraitidir:

"Xüsusilə regionlardan ixtisas seçimi edən gənclərimizə səslənirəm ki, hazırda informasiya və kommunikasiya texnologiyaları əsridir. Hər bir resursa əlçatanlıq və imkanlar əvvəlkindən daha genişdir. Regionlarımızda da çox gözəl müəllimlərimiz və pedaqoqlarımız var. Eyni ixtisası yaşadığı regionda oxumaq, yoxsa başqa şəhərdə təhsil almaq məsələsini də nəzərə almaq daha məqsədəuyğundur.

Ən əsas diqqət yetiriləcək nüans isə seçim prosesinin tələsik aparılmamasıdır. Tələsik seçim etmək, yalnız tələbə adını qazanmaq düşüncəsi ilə hərəkət etmək düzgün deyil. Elə ixtisaslar var ki, bəziləri onlara lazımi qədər önəm vermirlər. Əslində isə gələcəyin vacib peşələri sırasında yer alan sahələr mövcuddur və biz onları indidən mənimsəməliyik. Mən hər bir abituriyentə seçimində uğurlar arzulayıram və gələcəyin peşələrini seçərkən diqqətli olmalarını tövsiyə edirəm. Ən böyük arzum peşəyönümlü ixtisasların seçilməsinə diqqət yetirilməsidir".

Həmsöhbətimiz diqqətə çatdırdı ki, bu gün muzey işi, arxiv işi, informasiya-kommunikasiya texnologiyaları, informasiya sərgi menecmenti, kitabxanaçılıq kimi ixtisaslar bəzi abituriyentlər üçün cəlbedici görünməyə bilər:

"Lakin tam əminliklə demək olar ki, bu peşələrin gələcək inkişaf perspektivi var. Artıq yeni kitabxana modeli və yeni kitabxanaçı peşəsi tələb olunur. Arxiv və muzey işi sahələrinə də xüsusi diqqət yetirilməlidir. Çünki bunlar peşə bacarığı və xüsusi hazırlıq tələb edən ixtisaslardır".

Aytəkin TOFİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 07 Avqust 2026 12:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see636

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see437

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see435

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see401

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see385

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see381

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see342

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see281

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see266

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see264

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see246

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see242

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see228

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see228

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see224

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see223

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see219

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see219

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see214

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri