Fənərbağça nın ilk transferi təəccübləndirdi
Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"Fənərbağça"nın yeni transferi 18 yaşa çatar-çatmaz forma geyinəcək.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Super Liqa nəhəngi "Fənərbağça" seneqallı 17 yaşlı istedad Amara Diouf ilə 5 illik müqavilə imzalayıb.
Transfer dövrünün ilk rəsmi addımını atan "sarı-göylər", gənc futbolçunu heyətinə cəlb edib.
Amara Diouf keçirdiyi çarpaz bağ zədəsi səbəbilə İstanbulda əməliyyat olunub. Hazırda klubun tibbi heyətinin nəzarətində reabilitasiya prosesi davam etdirilən gənc ulduz 18 yaşını tamamladıqdan sonra rəsmi olaraq komandasının formasını geyinəcək.
Türkiyə mətbuatında yer alan məlumata görə, sol cinahda çıxış edən Diouf, klubun gələcək üçün ümid bəslədiyi əsas oyunçulardan biri olacaq.
Tural
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 19 İyun 2025 12:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















