Bu kolbasaları almayın VİDEO
Icma.az, Lent az saytına istinadən bildirir.
Yararlılıq müddəti bitmiş kolbasa və süd məhsulları aşkarlanıb.
Lent.az xəbər verir ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Bakı Regional Bölməsinin və DİN-in Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən “Malakanka” MMC-yə məxsus konservləşdirmə və ət məhsullarının emalı müəssisəsində yoxlama keçirilib.
Yoxlama zamanı müəssisədə müvafiq sənədləri olmayan ət və digər xammallar aşkarlanıb, həmçinin emal sahəsində işlənmiş fritür yağları müəyyən olunub.
Emal prosesi Bakı şəhərində həyata keçirilsə də, bəzi turşu və kolbasa məhsullarının etiketlərində istehsal ünvanı kimi İsmayıllı rayonu, İvanovka kəndinin göstərildiyi müəyyən edilib.
Bununla yanaşı, müəssisədə yararlılıq müddəti bitmiş kolbasa və süd məhsulları, tərkibi, istehsal tarixi, yararlılıq müddəti və mənşəyi barədə müvafiq etiket məlumatları olmayan müxtəlif çeşidli turşu məhsulları aşkarlanıb.
Eyni zamanda, müəssisənin yanındakı yarımtikilidə “Malakanka” əmtəə nişanlı süd məhsullarının təkrar istifadə üçün nəzərdə tutulmuş qablarda qanunsuz şəkildə qablaşdırıldığı məlum olub.
Aşkar edilmiş nöqsanlarla bağlı sahibkar barəsində protokol tərtib olunub, məhsullardan laborator nümunələr götürülərək onların dövriyyəsi qadağan edilib. Yararlılıq müddəti bitmiş məhsulların məhv edilməsi və nöqsanlar aradan qaldırılanadək müəssisənin fəaliyyətinin dayandırılması barədə qərar qəbul edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 16 Noyabr 2026 17:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















