“Fənərbağça” “Real”ın ulduzuna elçi düşdü
Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"Fənərbağça" qış transfer dönəmində heyətini gücləndirmək üçün "Real Madrid"in braziliyalı futbolçusu Endriki transfer siyahısına daxil edib.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul klubunun baş məşqçisi Emre Belözoğlunun hücum xəttində fərqli oyun keyfiyyətlərinə malik futbolçunun olmasını istədiyi bildirilir. Bu baxımdan Romelu Lukaku və Vedat Muriçin oxşar oyun tərzinə sahib olması yeni hücumçu axtarışını aktuallaşdırıb.
Məlumata görə, 20 yaşlı Endrik "Fənərbağça" rəhbərliyinin diqqətini çəkən əsas namizədlərdən biridir. Türkiyə təmsilçisi qış transfer pəncərəsi açıldıqdan sonra "Real Madrid"lə danışıqlara başlamağı düşünür.
Madrid klubunun braziliyalı hücumçunun keçidi üçün 40 milyon avro tələb etdiyi iddia olunur. Bu rəqəmi yüksək qiymətləndirən "Fənərbağça"nın futbolçunu satınalma şərti ilə icarəyə götürmək variantına üstünlük verə biləcəyi qeyd edilir.
Xatırladaq ki, Endrik ötən mövsümün ikinci yarısında icarə əsasında "Lion"un formasını geyinib. Braziliyalı oyunçu Fransa klubunda keçirdiyi 21 qarşılaşmada 8 dəfə fərqlənib, 8 məhsuldar ötürmə ilə yadda qalıb.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 12 Noyabr 2026 14:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















