“Fənərbağça”dan Qarabağ ın azərbaycanlı futbolçusu üçün 10 milyonluq TƏKLİF
Icma.az, Baku.ws saytına istinadən bildirir.
Türkiyənin nəhəng klublarından olan "Fənərbağça" sol cinah müdafiəçisi Elvin Cəfərquliyevin transferində maraqlı olan komandalar sırasına qoşulub.
BAKU.WS-in ədə etiyi məlumata görə, 25 yaşlı azərbaycanlı futbolçu Çempionlar Liqasındakı uğurlu çıxışı ilə Avropanın aparıcı liqalarının - Fransa Liqa 1 və İtaliya A Seriyası klublarının da diqqətini cəlb edib.
Məlumata görə, İstanbul təmsilçisi Cəfərquliyevi heyətinə qatmaq üçün ciddi planlar qurur və onun transferi ilə bağlı təxminən 10 milyon avro məbləğində rəsmi təklif irəli sürməyi nəzərdən keçirir. Klub rəhbərliyi sol cinah müdafiəsini gücləndirmək üçün Elvini əsas namizədlərdən biri hesab edir.
Çempionlar Liqasındakı çıxışı zamanı həm müdafiədə etibarlı oyunu, həm də hücumlara aktiv qoşulması ilə seçilən Cəfərquliyev Avropa skautlarının müsbət rəylərini qazanıb. Onun sürəti, fiziki davamlılığı və taktiki intizamı müasir sol cinah müdafiəçisi üçün tələb olunan əsas keyfiyyətlər kimi dəyərləndirilir.
Qeyd olunur ki, "Fənərbağça" transfer yarışında tək deyil və Fransa ilə İtaliyadan bir neçə klub da vəziyyəti yaxından izləyir. Buna baxmayaraq, Türkiyə klubu təklifi tezləşdirərək rəqiblərini qabaqlamağa çalışır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 22 Yanvar 2026 21:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















