“Fənərbaxça” bəlkə də çempionluqdan oldu
Apasport portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Türkiyə Super Liqasında XXXII turun oyunları keçirilir.
Apasport.az xəbər verir ki, bu gün üç qarşılaşma baş tutub.
"Başakşehir" “Qaziantep”lə qarşılaşıb. Görüş meydan sahiblərinin qələbəsi ilə nəticələnib.
“Eyüpspor” Rize səfərindən əliboş dönüb. Komanda minimal hesabla məğlub olub.
"Fənərbaxça" isə “Kayserispor”la üz-üzə gəlib. Oyunun gedişində “sarı-lacivərdlilər” hesabda geri düşüb. İstanbul təmsilçisi ikinci hissədə Allen San Maksimen və Talişkanın qolları ilə üstünlüyə yiyələnib. Lakin son dəqiqələrdə Talha Sarıarslan qonaqlara 1 xal qazandırıb - 3:3.
Beləliklə, “Fənərbaxça” və “Qalatasaray” arasındakı xal fərqi yenidən 5-ə düşüb.
Türkiyə Super Liqası
XXXII tur
20 aprel
14:30. "Başakşehir" – "Qaziantep" 2:1
17:00. "Rizespor" - "Eyüpspor" 1:0
20:00. "Fənərbaxça" – "Kayserispor" 3:2
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 20 Aprel 2025 22:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















