Fənərbaxça bu dəfə autsayderə şans vermədi
Icma.az, Footbal-plus saytına istinadən bildirir.
''Fənərbaxça'' Türkiyə çempionatının 29-cu turunda ''Kayserispor''un qonağı olub.
Bir neçə həftə öncə sonuncu pillədə qərarlaşan ''Fatih Karagümrük''ə uduzmaqla fanatlarına şok yaşadan İstanbul nəhəngi bu dəfə digər autsayderlə oyunda sürprizə imkan verməyib. ''Fənər'' Anderson Talişkanın dublu, eləcə də Nqolo Kante və Nene Dorgelesin qolları ilə 4:0 hesablı inamlı qələbə qazanıb.
''Sarı-lacivərdlilər'' bu mövsüm superliqada 8-ci dəfə səfər oyununda ən azı 3 qol vurdular. Domeniko Tedeskonun kollektivi Avropanın 10 aparıcı çempionatında bu göstəricidə yalnız ''Bavariya''dan (12) geri qalır. Talişka bu mövsüm bütün turnirləri nəzərə almaqla vurduğu qolların sayını 23-ə çatdırdı. Şəxsi rekordunu yeniləməsi və karyerasının ən məhsuldar mövsümünü keçirməsi üçün onun cəmi 4 qola ehtiyacı var.
Maraqlıdı ki, ''Fənər'' bu mövsüm Türkiyə çempionatında braziliyalının məhsuldar hərəkətlə fərqləndiyi bütün qarşılaşmalarda qalib gəlib. Bu nəticənin ardından zirvədə xal fərqi 1-ə ensə də, ''Qalatasaray'' hələ bu turun oyununu keçirməyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 12 Aprel 2026 15:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















