Icma.az
close
up
RU
Fənərbaxça da ilk ayrılıq rəsmiləşdi

Fənərbaxça da ilk ayrılıq rəsmiləşdi

Footbal-plus saytına istinadən Icma.az xəbər verir.

''Qalatasaray''ın növbəti çempionluğuna şahidlik etmək məcburiyyətində qalan ''Fənərbaxça''da hər yay olduğu kimi bu dəfə də heyətdə ciddi dəyişikliklər gözlənilir. İcarədə olan futbolçularla birlikdə ən azı 10 isimlə yollar ayrılacaq. Yeri gəlmişkən, artıq kluba lazım olmayan bir futbolçunun adı bəllidi. Bu, Edson Alvaresdi. Baş məşqçi səlahiyyətlərini icra edən Zəki Murat Gölə ''Konyaspor''la matçın ardından mətbuat konfransında ''Edsonla bağlı məşqçilər korpusu olaraq bir qərar verdik və bunu onun özünə də bildirdik'' açıqlamasını verdi. Həmin oyunun iştirak ərizəsinə salınmayan meksikalı futbolçu məşqçilərin qərarı ilə son turda ''Eyüpspor'' ilə oyunda da forma geyməyəcək. Bu da o deməkdi ki, Alvaresin ''Fənərbaxça'' karyerası artıq başa çatdı. Təcrübəli yarımmüdafiəçinin zatən klubda varlığı ilə yoxluğu bilinmirdi. ''Sarı-lacivərdlilər'' Meksika yığmasının üzvünü mövsümü əvvəlində 2 milyon avroya ''Vest Hem''dən icarəyə götürmüşdü. Yayda onu daimi əsasda transfer etmək istəyəcəyi təqdirdə ''Fənər'' ingilislərə daha 22 milyon avro ödəməli idi. Amma klub təbii ki, bu hüquqdan yararlanmayacaq və Alvaresi geri göndərəcək. Türkiyəyə uyğunlaşmaqda çətinlik çəkən bu futbolçu qarşıdakı dünya çempionatında iştirak edə bilmək üçün fevralda əməliyyat olunmağa qərar vermişdi. Alvares yalnız ötən həftə ''İstanbul BŞ'' ilə matçda geri dönərək son anlarda meydana çıxmışdı. Onun meydana ayaq basması fanatların ciddi fit sədaları ilə müşayiət olunmuşdu. Alvaresi əminliklə ''Fənər''in bu mövsümkü ən fiasko transferlərindən biri adlandırmaq olar. İllik 4,5 milyon avroluq maaşa rəğmən 28 yaşlı futbolçunun Türkiyə karyerası cəmi 18 rəsmi oyundan ibarət oldu. Ümumilikdə 1126 dəqiqə oynayan Alvares kluba cəmi 1 məhsuldar ötürməlik fayda verdi.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 10 May 2026 17:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see348

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see340

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see332

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see326

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see325

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see296

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see291

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see283

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see265

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see258

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see246

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see238

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see236

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see215

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see205

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see195

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see192

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see190

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see188

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri