Fənərbaxça problem yaşamadan pley offa yüksəldi
Icma.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.
Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinə yekun vuruldu. Ötən həftə öz meydanında ''Şturm''u 2 cavabsız qolla məğlub edən ''Fənərbaxça'' gözlənildiyi kimi mərhələni problemsiz adladı.
İstanbul nəhəngi dünən Avstriyadakı cavab oyununda da inamlı təsir bağışlayaraq minimal hesablı qələbə qazandı. Görüşdə yeganə qolu 66-cı dəqiqədə penaltidən Anderson Talişka vurdu. Bu mövsüm ''Fənər''in keçirdiyi 4 rəsmi oyunun hamısında fərqlənməyi bacaran braziliyalı ulduz tarixi bir göstəriciyə nail oldu. Daha öncə ''Beşiktaş''da da çıxış etmiş Talişka bu iki klubun heyətində avrokuboklarda qollarının sayını 16-ya yüksəltdi. Bununla da o, Aleks De Souzanı geridə qoyaraq Türkiyə klubları ilə avrokuboklarda ən çox qol vuran əcnəbi futbolçuya çevrildi.
İsmayıl Kartalın da uğurlu seriyası davam edir. ''Fənərbaxça'' bu məşqçi ilə indiyə qədər avrokuboklarda iştirak etdiyi 5 təsnifat mərhələsinin hamısında yoluna davam edib. Bu fakt ''Lion''la həlledici oyunlar ərəfəsində fanatları ümidləndirməyə bilməz.
''Sarı-lacivərdlilər'' pley-offda məhz Fransa nəhəngi ilə qarşılaşacaq. İlk oyun avqustun 18-də İstanbulda, cavab oyunu avqustun 26-da Fransada keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 12 Avqust 2026 13:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















