“Fənərbaxça”dan evdə darmadağın Video
Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.
Türkiyə Super Liqasında XXIX turun oyunları davam edir.
“Qafqazinfo” xəbər verir ki, çempionluq mübarizəsini sürdürən “Fənərbaxça” bu tur doğma meydanında “Kayserispor”u qəbul edib.
Qarşılaşma “sarı-lacivərdlilər”in tam üstünlüyü ilə keçib. Görüşdə hesab ilk hissənin sonunda açılıb. Komandanın ulduz futbolçusu Nqolo Kante rəqib qapısına yol taparaq hesabı 1:0 edib.
İkinci yarıda isə İstanbul təmsilçisi təzyiqi daha da artırıb. Anderson Talişka və Dorgeles Nene ardıcıl qollarla komandanın üstünlüyünü möhkəmləndiriblər. Matçın son dəqiqələrində braziliyalı ulduz Talişka özünün ikinci, komandasının dördüncü qolunu vuraraq dublunu rəsmiləşdirib – 4:0.
Qeyd edək ki, bu qələbə ilə xallarının sayını 66-ya çatdıran “Fənərbaxça” turnir cədvəlinin ikinci pilləsindəki mövqeyini qoruyub. Onu “Qalatasaray”dan sadəcə 1 xal ayırır.


Bu mövzuda digər xəbərlər:
Baxış sayı:193
Bu xəbər 11 Aprel 2026 23:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















