Həkim qəfil tərləmənin qeyri adi səbəblərini açıqladı
Icma.az bildirir, Moderator.az portalına istinadən.
"Həddindən artıq tərləmə hər zaman isti hava, fiziki fəaliyyət və ya streslə əlaqəli olmur".
Bunu rusiyalı endokrinoloq-diyetoloq Vladimir Mayorov Lenta.ru nəşrinə açıqlamasında deyib.
Mütəxəssis qəfil tərləmənin üç qeyri-adi səbəbini açıqlayıb.
Həkimin sözlərinə görə, diabet, qanda şəkərin səviyyəsinin kəskin dəyişməsi və ya hipoqlikemiya zamanı orqanizm soyuq tər, titrəmə, ürəkdöyünmə, halsızlıq və təşviş kimi əlamətlərlə reaksiya verə bilər:
"Belə tərləmə adətən qəfil başlayır və aclıq hissi, başgicəllənmə və ya zəifliklə müşayiət oluna bilər".
Mütəxəssis güclü tərləmənin digər ehtimal olunan səbəblərindən biri kimi bəzi dərmanların qəbulunu göstərib:
"Xüsusilə antidepresantlar, antipsixotiklər və insulin belə reaksiyaya səbəb ola bilər. Tərləmə yeni dərman qəbul etməyə başladıqdan və ya dozanı dəyişdikdən sonra yaranıbsa, problemi özbaşına həll etməyə çalışmaq əvəzinə, müalicə həkimi ilə məsləhətləşmək lazımdır.
Digər bir səbəb isə hipertireoz ola bilər. Bu zaman maddələr mübadiləsi sürətlənir, insan istiyə daha həssas olur və tərləmə artır. Digər mümkün əlamətlərə qidalanma rejimi dəyişmədən çəki itkisi, ürəkdöyünmənin sürətlənməsi, qıcıqlanma və titrəmə daxildir". /oxu.az/
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 17 Noyabr 2026 08:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















