Icma.az
close
up
RU
Fənn kurikulumlarında məzmun yükü azaldılır

Fənn kurikulumlarında məzmun yükü azaldılır

Modern.az saytına istinadən Icma.az xəbər verir.

“Hazırda artıq 10 fənn kurikulumu təkmilləşdirilib və tətbiqinə başlanılıb”.

 Modern.az AzEdu.az-a istinadən  xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Təhsil İnstitutunun keçirdiyi “Fənn kuriklumlarının təkmilləşdirilməsinə dair maarifləndirmə tədbirləri” adlı müzakirəsində STEM, texniki və təbiət fənlərinin proqramları şöbəsinin müdiri Mənsur Məhərrəmov jurnalistlərə açıqlamasında bildirib.

“Təkmilləşdirilmiş informatika fənn kurikulumu haqqında sizə həm məlumat vermək, yenilikləri çatdırmaq, həm də bu kurikulumla bağlı rəy və təkliflərinizi dinləmək istəyirik. Fənn kurikulumlarının təkmilləşdirilməsinə Nazirlər Kabinetinin müvafiq qərarı əsasında 2021-ci ildən başlanılıb. Hazırda 10 fənn kurikulumu təkmilləşdirilərək tətbiqə verilib və onlardan biri də informatikadır. Təbiət fənn kurikulumu isə təkmilləşdirilmə deyil, sıfırdan yenidən yazılıb. Digər 10 fənn kurikulumunun təkmilləşdirilməsi prosesi hazırda davam edir. 

Kurikulum sənədinin strukturunda və ümumi yanaşmada nəzərdə tutulan yeniliklər barədə qısa məlumat verim. Sənədin quruluşu sadələşdirilib, başlıq və altbaşlıqlar daha aydın verilib. Məlumatlar uzun-uzun cümlələrlə yüklənmədən, konkret və anlaşılan formada təqdim olunacaq; bu yanaşma bütün fənn kurikulumlarına, o cümlədən informatikaya aiddir. 

Bəzi hissələrdə ixtisarlar edilib və bu, təkcə informatika fənn kurikulumuna deyil, hamısına aiddir. Məsələn, əvvəlki inteqrasiya cədvəli ləğv olunub, çünki o, sənədin həcmini artırmaqdan başqa işə yaramırdı. İnteqrasiya müəllimin ümumi savadından və o anki çevikliyindən asılı məsələ kimi qiymətləndirilir. İnteqrasiya məqamında təmin olunmalıdır və müəllim bunu çevik şəkildə həyata keçirməlidir, əvvəlcədən hazırlaşa bilməsi isə daha yaxşı olar. 2013-cü il kurikulumlarından fərqli olaraq, bu dəfə qiymətləndirməyə dair bölmə əlavə edilib. 

Bütün fənn kurikulumlarının təkmilləşdirilməsində əsas prinsip sənədin müəllimlər üçün faydalı və istifadəçiyönümlü olmasıdır. Məqsəd onu sadəcə rəsmi sənəd kimi deyil, dərs zamanı işə yarayan praktik vəsait kimi təqdim etməkdir. Sertifikasiya başlamazdan əvvəl müəllimlər arasında keçirdiyimiz sorğularda informatika fənn kurikulumuna sonuncu dəfə nə vaxt baxdıqlarını soruşurduq və nəticə 10 faizə belə çatmırdı, son bir-iki ayda baxanların sayı isə daha az idi. Bunun əsas səbəbi müəllimlərin ona ehtiyac duymaması, öz biliklərini və ya dərsliyi kifayət hesab etməsi idi. İndi isə müəllimlərin sənədin faydasına inanaraq ehtiyac yarandıqda ona müraciət etməsini hədəfləyirik. Bunun üçün sənədin həcmini optimallaşdırdıq; informatika 1-ci sinifdən 11-ci sinifə qədər tədris olunduğu üçün həcm hələ də böyükdür və əsas hissə məzmunun təqdimatına, yəni alt standartlara, onların izahlarına və sinifdaxili fəaliyyətlərə ayrılıb. 

Detallara varmadan ümumi yanaşmanı deyim: digər fənlərin - riyaziyyat, coğrafiya, təbiət elmləri, fizika, kimya, biologiya və həyat bilgisinin hazırlanmasında xarici mütəxəssislər də cəlb olunub, lakin informatika kurikulumu tamamilə yerli mütəxəssislərin iştirakı ilə hazırlanıb. Məzmunla bağlı yeniliklərə gəlincə, bu məsələyə yalnız informatika baxımından yanaşmırıq. Bütün fənlər üzrə aparılan təhlillər, eləcə də müəllim və valideyn kimi müşahidələrimiz göstərdi ki, fənlərin məzmununda yüklənmələr var. Buna görə də riyaziyyat, fizika, kimya da daxil olmaqla bütün fənlərin məzmununda nisbi yüngülləşdirmə və optimallaşdırma aparılıb”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://modern.az
archiveBu xəbər 20 Noyabr 2026 11:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see401

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see388

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see317

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see311

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see297

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see287

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see274

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see268

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see267

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see254

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see237

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see236

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see231

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see230

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see229

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see227

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see224

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see217

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see217

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri