Ferdi Tayfurun qızından kövrək paylaşım: “Dualarım sənin üçündür”
Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.
Türk musiqisinin unudulmaz simalarından Ferdi Tayfur vəfatının 1-ci ildönümündə sevənləri tərəfindən yad edilib. Usta sənətçinin qızı Tuğçe Tayfur sosial media hesabında atası ilə bağlı duyğulu paylaşım edib.
Sherg.az xəbər verir ki, atası ilə birgə çəkilmiş fotosunu paylaşan Tuğçe Tayfur mesajında bunları yazıb:
“İstanbulda qar yağdı, ata. Universitetdə oxuduğum vaxt da belə çox qar yağmışdı və final imtahanım var idi. "Bu qarda-çovğunda heç yerə gedə bilməzsən" demişdin. "Ata, imtahan var" deyəndə isə gülüb "sənin səsin gözəldir, bir mahnı oxuyarsan, sonra telafi edərlər" demişdin. Təbii ki, elə olmadı… Finala getmədiyim üçün məktəbim yarım semestr uzandı. Ah, atam, sən mənim açıq yaramdın. Bu dünyada qərib olan bizik. Allah səni Peyğəmbərimizə qonşu etsin. Hər gün olduğu kimi bu gün də dualarım sənin üçündür.”
Paylaşım qısa zamanda çoxlu bəyənmə və rəy alaraq izləyiciləri duyğulandırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 03 Yanvar 2026 02:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















