“Fərdi təhsil alanlar yalnız rəsmi icazədən sonra imtahan verə bilər” Hüquqşünas
Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bəzi valideynlər müxtəlif səbəblərdən övladlarını məktəbə göndərmək əvəzinə evdə fərdi olaraq oxutmaq istəyirlər.
Bəs bu qanuni mümkündür və belə təhsildən sonra imtahanla attestasiya almaq olar?
Gununsesi.info-ya danışan hüquqşünas Rəşad Səfərov mövzunu belə şərh edib:
“Azərbaycan təhsil qanunvericiliyində evdə təhsil yalnız xüsusi hallarda – məsələn, sağlamlıq problemi və ya sosial səbəblər üzündən nəzərdə tutulur. Rəsmi icazə üçün rayon təhsil şöbəsinə səbəbləri təqdim etmək lazımdır. Sadəcə ‘özüm evdə oxutmaq istəyirəm’ demək kifayət etmir”.
Rəşad Səfərov əlavə edib ki, rəsmi təsdiq olmadan evdə oxuyan uşağın sənədləşməsi çətin ola bilər.
“Fərdi təhsilə icazə alanlar isə sonradan yekun imtahanlardan keçirlər”-deyə o qeyd edib.
Afət


