Icma.az
close
up
RU
“Ferensvaroş” fanlarını Romaonun “sarı”ları narahat edir

“Ferensvaroş” fanlarını Romaonun “sarı”ları narahat edir

Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Qarabağ”ın yarımmüdafiəçisi Julio Romaonu Kadi Borgesin əvəzinə “Ferensvaroş”a gətirmələri macar klubunun fanlarının heç də ürəyindən olmayıb.

İdman.biz xəbər verir ki, macar azarkeşlər bir yandan Kadinin göndərilməsini elə futbolçunun özü kimi anlaya bilmirlər.

Digər yandan da Romaonun həm yarımmüdafiəçi üçün az qol vurması, həm də çoxsaylı sarı vərəqələri onları çox narahat edir. Bütün bu təşvişlərini onlar sosial şəbəkələrdə ifadə edirlər. Julionu hətta “sarı vərəqələr kralı” adlandırırlar.

Romao “Qarabağ”ın formasında keçirdiyi 120 rəsmi matçda cəmi 2 qol vurub. Ağdam klubunda 3-cü mövsümü tamamlamadan göndərilən futbolçu hər iki qolunu ölkə çempionatında keçirdiyi 75 oyunda vurub. Qitə kuboklarında keçirdiyi 39 matçda 1 qol belə vurmayıb, yalnız 3 qol ötürməsi ilə fərqlənib. Ölkə kubokunda da 6 qolsuz oyunu var. 2 mövsüm keçirdiyi öncəki klubu Portuqaliya “Santa Klara”sında da braziliyalı bütün turnirlərdə 27 oyunda cəmi 1 dəfə rəqib qapısına yol tapıb.

Vərəqələrə gəldikdə, Romao “Qarabağ” formasında 120 oyunda 43 sarı və 1 qırmızı vərəqə ilə yadda qalıb. Sarıların 27-si Premyer Liqada, 1-i ölkə kubokunda, 15-i qitə yarışlarında alınıb. Qırmızı vərəqə isə son Avropa Liqası mövsümünə təsadüf edib. Ötən mövsüm isə Romaonun “sarı”ları Avropa Liqası oyunlarında daha qabarıq nəzərə çarpıb. Julio 2023/2024-cü illər mövsümündə bu turnirdə 12 oyunda 7 dəfə rəsmi xəbərdarlıq alıb. “Santa Klara”da braziliyalı kobud oyunu ilə seçilmirdi. Portuqaliya klubunda o, 27 oyunda 2 dəfə sarı vərəqə alıb, bir dəfə isə qırmızı.

“Qarabağ”la Azərbaycan çempionatlarında Romao “sarı”ların sayında bütün çempionat iştirakçıları arasında ilk mövsümündə (10 sarı) 4-cü göstəriciyə malik idi, ikinci mövsümündə (11 sarı) yalnız “Zirə”li həmyerlisi Ruan Renatodan geri qalıb, cari mövsümdə isə (6 sarı) 6 futbolçu ondan çox sarı vərəqə alıb. Son 3 ölkə çempionatında “Qarabağ”ın sarı vərəqələrə görə ən intizamsızı məhz Romao olub.

Qeyd edək ki, braziliyalı bir gün öncə “Ferensvaroş”la Macarıstan çempionatında debüt edib.

Vüqar Məmmədov
İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:298
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 10 Fevral 2025 14:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri