Icma.az
close
up
RU
“Ferentsvaroş”dan Kadi ilə bağlı rüsvayçı paylaşım macar azarkeşlər də özündən çıxdı!

“Ferentsvaroş”dan Kadi ilə bağlı rüsvayçı paylaşım macar azarkeşlər də özündən çıxdı!

Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.

Məlum olduğu kimi, “Ferentsvaroş” – “Qarabağ” matçında diqqətlər həm də Kadinin üzərində idi. Ona görə ki, “köhlən atlar” onu məhz “yaşıl qartallar”dan alıb.

Borges hələ həmin ərəfədə verdiyi açıqlamada demişdi:

“Bu, mənim üçün də sürpriz oldu. Mən komandamızın oyununa hazırlaşırdım ki, idman direktorumuz Tamas Haynal zəng etdi, Romao ilə dəyişdirilmək istəyib-istəmədiyimi soruşdu. Dedim ki, bu, klub və mənim üçün ən yaxşı olacaqsa, razıyam. Əvvəlcə düşündüm ki, mənimlə danışıq aparacaqlar. Lakin tezliklə anladım ki, proses artıq son mərhələdədi. Agentimə zəng etdim. O da heç nə bilmirdi”.

Qısası, “Ferentsvaroş” o vaxt Kadini loru dildə desək, urvatsız şəkildə yola salmışdı. İş ondadı ki, qısa müddətdə “Qarabağ”ın heyətində möhkəmlənən və özünü yaxşı tərəfdən göstərməyə çalışan futbolçu Budapeştə rəqib kimi yollandı, oyunun qəhrəmanlarından oldu.
Maraqlıdı ki, “Ferentsvaroş” azarkeşləri hələ oyun bitmədən Kadinin performansı haqda müsbət fikirlər səsləndirməyə, klub rəhbərliyini onu “Qarabağ”a göndərdiyinə görə qınamağa başladı. Hadisələrin bu yöndə axarı “Ferentsvaroş” “Qarabağ”a məğlubiyyəti elan etdiyi postu paylaşanda pik həddə çatdı. Ona görə ki, klub paylaşıma Kadinin yerdə qaldığı, Qabor Salainin topla onun başı üzərindən keçdiyi şəkli qoydu. Bundan sonra tənqidlər daha da sərtləşdi. Tərəfdarların əksəriyyəti klubu qeyri-peşəkarlıqda suçladı.
Hər halda, başverənlər Kadinin də diqqətindədi. Əminik ki, o, Bakıda keçiriləcək oyunda da sözünü deyəcək!
KƏNAN BAHADIR
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:168
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 21 Avqust 2025 12:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see325

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see305

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see286

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see286

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see281

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see276

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see274

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see248

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see236

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see235

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see234

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see232

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see228

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see219

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see215

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see213

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see209

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri