Icma.az
close
up
RU
Fərhad Əhmədov 600 min dollar verdiyi SAUR rəsmisindən şikayətləndi: Nə işi gördülər, nə də pulu qaytardılar

Fərhad Əhmədov 600 min dollar verdiyi SAUR rəsmisindən şikayətləndi: Nə işi gördülər, nə də pulu qaytardılar

Baku.ws portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanda Fransanın milyardlarla dövriyyəsi olan "SAUR" şirkətinin vitse-prezidenti Anass Derrazın barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Azərbaycan əsilli rusiyalı milyarder Fərhad Əhmədov ifadə verib.

Fərhad Əhmədov bildirib ki, ibtidai istintaq zamanı verdiyi bütün izahatları təsdiqləyir: "Bizim ailənin yaxtasına İngiltərə məhkəməsi keçmiş həyat yoldaşımın əsassız iddiası ilə həbs qoymuşdu. Bununla bağlı Birləşmiş Ərəb Əmirliklərinə məlumat verilmişdi, yaxta saxlanılmışdı. Aleksandr Benallanın köməyi ilə onun beynəlxalq imkanlarından istifadə etmək istəyirdik. O bizdən 6 milyon 140 min dollar istədi. Puldan 600 min dollar avans kimi bunlara ödənildi. İş həll olunandan sonra qalan hissəsi ödənəcəkdi. Pul mənim şəxsi hesabımdan köçürüldü. Amma onlar üzərilərinə düşən öhdəliyi icra edə bilmədilər".

Şahid qeyd edib ki, bu işlərlə bağlı Derrazın şirkəti məşğul idi:

"Amma iş alınmadı. DTX sonra Derrazı dinlədi. Mən də izahat verdim. Burada dələduzluq, aldatma var. Başqa cür deyim ki, rüşvət də ola bilər. Derraz həmişə söhbətdən qaçırdı. Deyirdi ki, pulu qaytaracam. Deyirdim ki, mənim Göyçayda nar plantasiyalarım var, işlər görürəm. Orada 6-7 saat işləyən adam günə 20 manat pul alır. Mən isə sizə 600 min dollar vermişəm, iş görəsiniz. Amma siz nə iş gördünüz, nə də pulu qaytarmırsız".

İfadəsinin davamında o, bildirib: "Məhkəmənin qərarı ilə 400-500 milyonluq yaxtanı keçmiş arvadımın sözü ilə əlimdən alırdılar. Çıxış yolu kimi bunlarla iş görmək istədim, lakin aldanıldım. Mən dəfələrlə bunlara dedim pulu qaytar. Pulları öz hesabımdan bunların hesabına göndərmişəm. Bunlar yaxtanı həbsdən azad edəcəkdilər. İş alınmayanda dedim ki, pulunu niyə qaytarmırsız? Dedi ki, ödəyəcəyəm".

Anass Derraz isə qeyd edib ki, o üzərinə düşən işi görüb:

"Mən hüquqi işləri görmüşəm. Bizim aramızda müqavilələr olub. Bizim də söhbətimiz ondan ibarət olub ki, bu iş üzrə vəkillərin tapılması, işlə bağlı vəzifəli şəxslərlə danışıqlar aparmaq olub. Mən də üzərimə düşəni eləmişəm".

Fərhad Əhmədov qeyd edib ki, Benalla və Anass Derraz onu bu işi həll edəcəyinə inandırıblar:

"Mən birinci 6 milyon pulu verməyə razı deyildim. Amma danışıqlar elə getdi ki, bunlar məni əmin etdilər ki, yaxta üzərindəki həbsi üzərindən götürəcəklər. Mən işin həll olunacağına ümid edirdim".

Daha sonra prosesdə Fərhad Əhmədovun istintaq ifadəsi elan edilib.

İstintaq ifadəsində Fərhad Əhmədov deyib ki, Anass Derraz Aleksandr Benalla həbs olundan sonra işin həll edə bilməyəcəklərini bildirib:

"Daha sonra mən Derrazdan pulumu tələb etdim. O isə pulu vermək istəmədi".

Proses noyabrın 6-da davam edəcək.

İttihama görə, Fransa prezidentinin mühafizə xidmətinin sabiq rəhbəri Aleksandr Benalla və Fransanın milyardlarla dövriyyəsi olan "SAUR" şirkətinin vitse-prezidenti Anass Derraz Azərbaycanəsilli rusiyalı milyarder Fərhad Əhmədovun aktivlərinə qarşı beynəlxalq sanksiyaların ləğvi müqabilində külli miqdarda rüşvət alma və digər cinayət əməllərində ittiham olunurlar.

Adıçəkilən şəxslər Fərhad Əhmədovdan rüşvət tələb ediblər və bunun müqabilində sonuncunun dəbdəbəli "Luna" yaxtasının həbsdən azad ediləcəyini, beynəlxalq sularda üzəcəyini bildiriblər. Bundan başqa tərəflər Fərhad Əhmədovun özünün sanksiyalardan qorunacağını vəd ediblər.

Ümumilikdə 6 milyon 140 min dollar rüşvət verilməsi ilə bağlı razılıq əldə edilib.

Belə ki, 15 noyabr 2018-ci ildə 600 min ABŞ dolları, gəmi üzərində həbs qaldırılan sonra isə 15 gün ərzində 5 milyon 540 min dolları Fərhad Əhmədovun tərəflərə verməsini razılaşdırıblar. Hər iki tərəf arasında məsləhət müqaviləsi imzalanıb.

F.Əhmədov Anass Derrazın "AL HILAL BANK"dakı hesabına 200 min dollar və Aleksandr Benallanın "BANK OF AFRICA UNITED KINGDOM PLC SC PAR"dakı hesabına 400 min dollar köçürüb.

Anass Derraz Benallanın Fərhad Əhmədovdan rüşvət alınmasında köməklik etmədə ittiham olunur.

Qeyd edək ki, A.Benallanın isə beynəlxalq axtarışa verilməsi ilə bağlı İntrerpola müraciət olunub.

İnterpolun A.Benallanı ən ciddi hüquqi əsas olan "Red Notice" ("Qırmızı bülleten") əsasında beynəlxalq axtarışa verməsi DTX-nin əlində təkzibedilməz və mötəbər sübutların mövcudluğundan xəbər verir. "Qırmızı bülleten" şəxsin olduğu ölkədə tutulmasını və barəsində axtarış elan etmiş ölkəyə ekstradisiyasını nəzərdə tutur. A.Benallanın hazırda olduğu üçüncü ölkədə ekstradisiya proseslərinə cəlb edildiyi məlumdur.

Xatırladaq ki, bir müddət əvvəl İnterpol Aleksandr Benallanı "Qırmızı bülleten"lə axtarışa verib. İnterpol Baş Katibliyi uzun prosedurdan sonra ümumi qərarla Fransa vətəndaşı Aleksandr Benallanın axtarışını əsaslı hesab edərək 2025-ci ilin aprel ayında "Red Notice" ("Qırmızı bülleten") ilə beynəlxalq axtarışa daxil edib və bu barədə bütün üzv dövlətlərə bildirişlər göndərib.

Qərarın əsası DTX-də istintaqı aparılan cinayət işi üzrə 2024-cü ildə verilmiş hüquqi sorğu olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://baku.ws
archiveBu xəbər 16 Oktyabr 2025 18:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qumralı görən musiqiçi özünü itirdi VİDEO

30 Noyabr 2025 06:07see186

Türkiyə Superliqası: “Trabzonspor” üçüncü yerdə möhkəmlənib

30 Noyabr 2025 01:46see185

Qədim Kəlbəcərin NADİR GÖRÜNTÜLƏRİ: Tarixi körpünün restavrasiyaya ehtiyacı var

30 Noyabr 2025 16:48see175

Masallıda polis əməkdaşları Vətən müharibəsi şəhidinin məzarını ziyarət ediblər

30 Noyabr 2025 12:38see145

“Trabzonspor” və “Başakşehir”dən qələbə

30 Noyabr 2025 00:49see143

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see143

14 yüksək rütbəli zabitimizin şəhid olmasından 4 il ötür

30 Noyabr 2025 00:39see141

Qəhvə qiymətləri rekord həddə çatdı Kafe restoran sektoru təşvişdə

30 Noyabr 2025 11:43see135

Qəzzada iki il ərzində ölənlərin sayı açıqlandı

29 Noyabr 2025 23:46see132

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see131

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see130

Leo Messi illərdir əlçatmaz olan dünya rekordunu qırdı

30 Noyabr 2025 09:41see130

Hollivud ulduzunun 71 yaşı var, amma 32 vermək olur VİDEO

30 Noyabr 2025 05:05see129

“Vətənə xəyanətin heç zaman bəraət yeri yoxdur”

30 Noyabr 2025 14:48see126

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see126

Ayda həyatın mövcudluğunu 100 faiz inkar etmək mümkün deyil...

30 Noyabr 2025 00:35see125

“Fənərbaxça” derbisi öncəsi “Qalatasaray”da son durum açıqlanıb

30 Noyabr 2025 22:45see125

Ən asan almalı keks resepti

01 Dekabr 2025 00:27see120

Türkiyədən sonra Livana yollandı

30 Noyabr 2025 20:30see120

Trampın xanımı şirkət yaradacaq

30 Noyabr 2025 15:38see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri