Fərhad Əliyevə məxsus olduğu deyilən milyonluq şirkətin əmlakı satışa çıxarılır
Qaynarinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
0:00 / 0:00x1
Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə etLəğv prosesində olan "Mingəçevir Texniki Rezin" ASC-yə məxsus qiymətləndirilmiş aktivlərin satışından əldə olunacaq gəlir səhmdarlar arasında payların faiz nisbətində bölüşdürüləcək.
Qaynarinfo Ölkə.az-a istinadla xəbər verir ki, sözügedən məsələnin müzakirəsi üçün ASC-nin səhmdarları növbədənkənar toplantı keçirəcəklər.
Yığıncaqda həmçinin şirkətin səhmlərinin dövriyyədən çıxarılması və ləğvi də müzakirə ediləcək.
Şirkətin ləğvi ilə bağlı qərar cari ilin mayında ASC-nin səhmdarları tərəfindən verilib.
Qeyd edək ki, "Mingəçevir Texniki Rezin" ASC 2002-ci ildə dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Əskər Hüseyn oğlu Əskərovdur. Nizamnamə kapitalı 972 min 214 manat olan ASC-nin hüquqi ünvanı Mingəçevir şəhəri, Samux, ev 15-dir.
Mətbuatda "Mingəçevir Texniki Rezin" ASC-nin vaxtilə sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin nəzarətində olduğu qeyd edilir.
2001-2005-ci illərdə nazir postunu tutan F.Əliyev 2005-ci ildə həbs edilib, 2013-cü ildə isə azadlığa buraxılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 24 Noyabr 2026 13:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















