Ferhat Gündoğdunun həbsinin DETALLARI
Icma.az bildirir, Baku.ws portalına istinadən.
Türkiyə Futbol Federasiyasının (TFF) Hakimlər Komitəsinin (MHK) keçmiş sədri Ferhat Gündoğdunun saxlanılması ilə bağlı istintaqın detalları məlum olub.
BAKU.WS "Haber Global"a istinadən xəbər verir ki, Gündoğdu İstanbul Respublika Baş Prokurorluğunun apardığı araşdırma çərçivəsində həbs edilib.
Məhkəmə qərarında onun hakimlərin təyinatı prosesində fərdi inkişaf və ləyaqət prinsiplərini nəzərə almadığı, eləcə də hakimlərə dair şəxsi məlumatları qanunsuz şəkildə topladığı və həmin məlumatlardan təyinat zamanı istifadə etdiyi bildirilib.
İstintaq çərçivəsində həmin məlumatların bəzi hakimlərin xidməti fəaliyyətinə mane olmaq məqsədilə istifadə edildiyi də iddia olunur.
İş üzrə ifadə verən bəzi hakimlərin sözlərinə görə, Gündoğdu 2024-cü ildə vəzifəsinə qayıtdıqdan sonra 2022-ci ildə heyətdən kənarlaşdırılan və daha sonra Arbitraj Komitəsinin qərarı ilə bərpa edilən bəzi hakimləri yenidən siyahıdan çıxarıb. İfadələrdə bu addımın "intiqam əməliyyatı" olduğu iddia edilib.
İstintaq materiallarında, həmçinin hakimlərin imtahan nəticələrinə və oyun təyinatlarına müdaxilə edildiyi barədə iddialar yer alıb. Bəzi hakimlər müəyyən təyinatların klubların tələbləri istiqamətində dəyişdirildiyini bildiriblər.
Qeyd edək ki, sözügedən hallar hazırda istintaq çərçivəsində irəli sürülən iddialardır və onların hüquqi qiyməti araşdırmanın nəticələrindən asılı olacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:42
Bu xəbər 04 Oktyabr 2026 14:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















