Paşinyan Azərbaycanla bağlı ittihamlara belə cavab verdi: 5 min nəfər ölə bilərdi
Icma.az, Turkstan.az saytına istinadən bildirir.
Ermənistanın baş naziri Nikol Paşinyan 44 günlük müharibədən sonra qoşunların geri çəkilməsi və Sünik istiqamətindəki mövqelərlə bağlı ittihamlara münasibət bildirib.
Turkustan.az xəbər verir ki, Paşinyan noyabrın 19-da keçirdiyi brifinqdə jurnalistin onun əvvəlki açıqlamaları arasında ziddiyyət olması barədə sualını cavablandırıb. Söhbət baş nazirin bir tərəfdən Sünikdən bir qarış torpağın belə verilmədiyini, digər tərəfdən isə qoşunların geri çəkilməsinə görə məsuliyyət daşıdığını bildirməsindən gedir.
Paşinyan bu fikirlər arasında ziddiyyət olmadığını iddia edib. O bildirib ki, Ermənistanın suveren ərazisindən qoşunların çıxarılması ilə bağlı heç vaxt göstəriş verməyib. Onun sözlərinə görə, hərbçilər Ermənistanın suveren ərazisindən deyil, Sünikin hüdudlarından kənarda yerləşdikləri mövqelərdən geri çəkiliblər.
Baş nazir qoşunların geri çəkilməməsi halında itkilərin daha ağır ola biləcəyini də vurğulayıb:
"Əgər geri çəkilməsəydilər, sizin gözlədiyiniz 5 min nəfərin ölümü baş verəcəkdi. Qərar verin, mən müharibəni dayandırmalı idim, ya yox?".
O, fikirlərinin sonunda seçkilərin nəticələrini xatırladaraq, xalqın ona səs verdiyini vurğulayıb./Publika.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:38
Bu xəbər 19 Noyabr 2026 17:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















