Fərid Cəfərov: “Mədəni irsin bərpası mühüm əhəmiyyət daşıyır”
Icma.az bildirir, Azxeber.com portalına istinadən.
Postmünaqişə dövründə mədəni irsin bərpası tarixi abidələrin və mədəni dəyərlərin yenidən dirçəldilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
AZXEBER.COM xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Fərid Cəfərov VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən panel müzakirəsində deyib.
O bildirib ki, panel müzakirəsi Azərbaycanın postmünaqişə dövründə bərpa təcrübəsinə, xüsusilə işğaldan əvvəl həmin ərazilərdə mövcud olmuş maddi və qeyri-maddi mədəni irsin qorunmasına həsr olunub.
Qeyd olunub ki, forumun əsas məqsədi parçalanmış dünyada ortaq gələcək naminə dialoqu inkişaf etdirmək və tərəflər arasında körpülər qurmaqdır. Postmünaqişə şəraitində bu körpülərin qurulması isə yaraların sağalması, tarixi irsin və mədəni abidələrin bərpası ilə sıx bağlıdır.
Tədbirdə Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının nümayəndəsi Marat Khaled və ICESCO-nun Baş direktoru Salem bin Məhəmməd əl-Malik də iştirak ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 27 Oktyabr 2026 16:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















