Icma.az
close
up
RU
Fərid Eyvazov: Bakıda keçiriləcək mundialın əsas favoritləri Azərbaycan və Argentina yığmalarıdır

Fərid Eyvazov: Bakıda keçiriləcək mundialın əsas favoritləri Azərbaycan və Argentina yığmalarıdır

Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

2026-cı ildə Bakıda təşkil olunacaq çövkən üzrə dünya çempionatının əsas favoritləri Azərbaycan və Argentina yığmalırıdır.

İdman.biz xəbər verir ki, bunu "Report"a açıqlamasında Beynəlxalq Çövkən Federasiyasının icraçı direktoru Fərid Eyvazov deyib.

O, dünya çempionatında Azərbaycan yığmasının şanslarını dəyərləndirib: "Dünya miqyasında Argentina ən güclü komanda hesab olunur. Çövkənin bütün növlərində bu ölkə lider mövqedədir və rəqiblərindən xeyli fərqlənir. Paytaxt Buenos-Ayresin, demək olar ki, hər bölgəsində polo meydanlarının mövcudluğu bu idmana verilən önəmin bariz göstəricisidir. Bakıda təşkil olunacaq çövkən üzrə dünya çempionatının əsas favoriti Argentina yığmasıdır. Fikrimcə, finalda məhz Argentina və Azərbaycan qarşılaşacaq. Hazırda bu iki komanda çempionluğa ən real namizədlərdir".

Qurum rəsmisi Azərbaycan komandasının Avropa və Asiya təmsilçilərindən daha güclü olduğunu vurğulayıb: "Avropa çempionatında ikinci və üçüncü yerləri tutan komandalar – Malta və Polşa da dünya çempionatında iştirak hüququ qazanıblar. Mövcud vəziyyətə əsasən, demək olar ki, Azərbaycan bu komandaları artıq geridə qoyub və onlardan güclüdür. Asiya çempionatının nəticələrinə görə Özbəkistan və Pakistan da rəqiblər sırasında yer alıb. Bununla belə, Azərbaycan daha ağıllı oyun üslubu, taktiki yanaşma, dinamizm və sürət ilə fərqlənir".

İcraçı direktor Afrika komandalarının oyunlarını izləmək imkanı olmadığını söyləyib: "Qarşıda iki böyük turnir var – Cənubi Amerika çempionatı Buenos-Ayresdə, Afrika çempionatı isə Nigeriyada keçiriləcək. Afrikada polo idman növü mövcuddur, lakin hələlik həmin bölgənin komandalarının oyununu yaxından izləmək imkanım olmayıb. Buna görə də onların səviyyələri barədə fikir bildirmək çətindir".

Qeyd edək ki, çövkən üzrə II dünya çempionatı 2026-cı ildə Bakıda keçiriləcək. Mundialda ümumilikdə 9 komandanın iştirakı gözlənilir. Bir komanda isə Beynəlxalq Çövkən Federasiyasının xüsusi dəvəti ilə turnirə qatılacaq.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:113
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 10 Sentyabr 2025 11:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see229

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see228

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see222

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see192

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see189

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see180

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see176

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see175

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see161

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see158

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see149

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see148

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see147

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see147

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see146

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see144

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see137

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see136

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see135

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri