Fərid Qayıbov Bərdə və Yevlax olimpiya idman komplekslərinin mövcud vəziyyəti ilə maraqlanıb FOTO
Icma.az, Idman.biz saytına istinadən bildirir.
Gənclər və idman naziri Fərid Qayıbov Bərdə şəhərinə səfəri çərçivəsində Bərdə Olimpiya İdman Kompleksinin mövcud vəziyyəti ilə maraqlanıb.
İdman.biz xəbər verir ki, kompleksin hazırkı şəraiti barədə ətraflı məlumat alan nazir infrastrukturun inkişafı və fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.
Daha sonra Fərid Qayıbov Yevlax rayonunda inşası davam edən Olimpiya İdman Kompleksində aparılan tikinti işləri ilə maraqlanıb. Layihənin icra vəziyyəti və qarşıda duran vəzifələrə dair müzakirələr aparılıb.
Nazir kompleksin inşasının keyfiyyətlə və müəyyən olunmuş vaxt çərçivəsində başa çatdırılmasının vacibliyini vurğulayıb.
Qeyd edək ki, bu il sentyabr ayının sonunda Azərbaycanda keçiriləcək III MDB Oyunları çərçivəsində boks yarışları Yevlax Olimpiya İdman Kompleksində təşkil olunacaq.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 02 Avqust 2025 10:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















